11:50 21 İyul 2018
Çap versiyası
...

 

Bu gündən etibarən 2019-cu il 21 iyul tarixində Bakı şəhərində keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının (AGOF) açılış mərasiminə rəsmi geriyə sayım başlayıb.  

Bununla əlaqədar olaraq “Bakı 2019” AGOF Təşkilat Komitəsi tərəfindən yarışın rəsmi emblemi təqdim edilib. 

“Leo Burnett” adlı brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “bax və hiss et” şüarını nümayiş etdirməkdir.  

AGOF-un emblemi Bakının irs və mədəniyyətini (od və qədim Azərbaycan naxışı olan butanı), bununla yanaşı, birlik və dostluq konsepsiyalarını birləşdirən möhtəşəm müasir memarlıq nümunələrini (Alov Qüllələri və Heydər Əliyev Mərkəzini) özündə əks etdirir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir  iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.

Gənclər və İdman naziri və “Bakı 2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bu haqda bunları bildirib: 

“Təqdim etdiyimiz bu emblem Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, eyni zamanda, Avropa Olimpiya hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idmanda qalibiyyət uğrunda mübarizəni əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.2647 san