20:05 21 İyul 2018
181 dəfə oxunub
Çap versiyası
...

Abşeronda gənclər arasında düşən kütləvi dava ölümlə nəticələnib.

 Strategiya.az-ın məlumatına görə, hadisə Abşeronun Hökməli kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib. Firma işçiləri iyulun 18-də gün boyu ərazidə su filtri satıblar. Axşam evə qayıtmağa hazırlaşdıqları vaxt isə ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan xanımlara söz atması isə kütləvi davaya səbəb olub. Hadisə yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

 

Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Fərid Qurbanov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib. Qətli törədən şəxs isə saxlanılıb.

 

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisə iştirakçıları olan digər şəxslər - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev də saxlanılaraq istintaqa təhvil veriliblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7137 san