09:42 10 Avqust 2018
2353 dəfə oxunub
Çap versiyası
...

"Biz gənclər Azərbaycan dövlətinin çalışmalarına, son dərəcə ciddi əhəmiyyət daşıyan əməyinə böyük qiymət, dəstək verməli, dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək sosial şəbəkədə Azərbaycanı təbliğ etməliyik. Mən gənclərimizi daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyirəm".

Bunu açıqlamasında "Azərbaycan İnciləri" layihəsinin rəhbəri Nicat Müslümov bildirib.

O, qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib . "Azərbaycan İnciləri " layihəsini qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək.

Bizim "Azərbaycan İnciləri " qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.

Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır. "Azərbaycan İnciləri " layihəsini həyata keçirməkdə məqsəd müxtəlif dillərdə statuslar yazaraq, Milli Muğamı, Azərbaycanı təbliğ etməkdir. Avropada təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər.

Hazırda 45 mindən artıq izləyicisi olan qrup üzvlərinin sayı gündən-günə artır. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da "Azərbaycan İnciləri " qrupunun izləyiciləri sırasındadırlar. Layihənin rəhbəri olan Nicat Müslümov sosial şəbəkələrdə "Azərbaycan İnciləri " adlı qrup yaradaraq 45.000 mindən çox şəbəbə istifadəçilərini qrupa cəlb etmişdir. Azərbaycan İnciləri facebook rəsmi səhifəsini isə 3000 min insan mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər yayımlanaraq izləyicilərin maraq yaratmışdır.

Qeyd edək ki, layihəyə gənc ziyalı koordinatorlar təyin olunmuşdur ki, bütün paylaşılan informasiyalara koordinatorlar nəzarət edir


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5669 san