10:22 11 Avqust 2018
318 dəfə oxunub
Çap versiyası
...

Avqustun 11-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən  bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə sınaq imtahanı saat 10-da başlayıb.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Qeyd edək ki, imtahanda iştirak üçün qeydiyyata iyulun 23-də başlanılıb. İndiyədək AA vəzifə qrupu üzrə 1, BA qrupu üzrə 9, BB qrupu üzrə 18 nəfər olmaqla, cəmi 28 nəfər qeydiyyatdan keçib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7737 san