09:06 14 Avqust 2018
407 dəfə oxunub
Çap versiyası
...

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya çərçivəsində hazırda Xəzərdəki bioresurs ehtiyatlarının idarəolunması ilə bağlı yaranan problemlərin həlli üçün bəzi işlər aparılır. Lakin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında aparılan müzakirələr bu problemlərin daha sürətli həllinə, Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına imkan verəcək” .

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, sammitdə dövlət başçılarının müzakirə etdiyi əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat sahəsi üzrə əməkdaşlıqla yanaşı, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq da olub.

Direktor qeyd edib ki, son 15 il ərzində Xəzər dənizində ekosistem pisləşib, bioloji resursların ehtiyatı da getdikcə azalırdı.

 

Bunun səbəblərini açıqlayan M.Axundov qeyd edib ki, əsas amillər böyük çaylarda bəndlərin tikilməsi, ekoloji çirklənmə, brakonyerlik, 1990-cı illərin sonlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyinin (kilkələrin yemini yeyən yad orqanizm) kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükətməsi, nəticədə kilkə ehtiyatının azalmasıdır:

"Son 15 il ərzində Xəzərdə kilkə kütləsi azaldığından kilkə ilə qidalanan bütün başqa balıqların- siyənək, nərəcinsli balıqlar, qızıl balıq və digərlərinin də kütləsi azalıb. Bütün Xəzəryanı ölkələr öz iqtisadi sektorlarında nərəcinsli balıq ehtiyatının artırılması üçün elmi tədqiqatlar aparır. Tədqiqatların nəticələri də müzakirə olunarkən aydın olur ki, son 10-15 ildə ehtiyatlar azalır. Bu da əsasən Xəzərin ekosistemindəki mənfi proseslərlə, Xəzər dənizində yem bazasının azalması, brakonyerliklə bağlıdır".

M.Axundov bildirib ki, çaylar üzərində tikilən bəndlər də nərəcinsli balıqların kürü tökməsinə mane olur. Buna görə Xəzəryanı ölkələr hələ ötən əsrin 50-ci illərində nərəcinsli balıq ehtiyatının azalmasının qarşısını almaq üçün balıqartırma zavodları tikmişdi.

Hazırda nərəcinsli balıqların populyasiyasının artmasının bu zavodların hesabına mümkün olduğunu deyən mütəxəssis qeyd edib ki, artıma nail olmaq üçün onların qanunsuz ovunun da qarşısı alınmalı, ölkələrdə bu balıqların süni şəkildə yetişdirilməsinə imkan verən akvakultura inkişaf etməlidir. Azərbaycan tərəfindən nərəcinsli balıqların populyasiyasının artması üçün bütün səylərin dəstəkləndiyini söyləyən institut direktoru ölkəmizdə də artıq akvakulturanın inkişaf etməyə başladığını nəzərə çatdırıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5838 san