09:56 14 Avqust 2018
632 dəfə oxunub
Çap versiyası
...

 

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

 

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Toğrul Nəsirli

polis leytenantı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6103 san