10:16 14 Avqust 2018
362 dəfə oxunub
Çap versiyası
...

Bu gün Bakının bir neçə rayonu qazsız qalacaq

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri ilə əlaqədar paytaxtın bir neçə rayonunda qaz verilişində fasilələr olacaq.

Fasilələr yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metrlik və 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

 

Qaz məhdudiyyəti saat 10:00-dan təmir işləri tamamlananadək davam edəcək. Bu müddət ərzində Bakı şəhəri Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Azərsu"dan acı etiraf
22:07 23.09/2018
Bakıda yanğın
21:58 23.09/2018
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9152 san