10:56 14 Avqust 2018
555 dəfə oxunub
Çap versiyası
...

Avropa çempionatının ikinci turunda hazırki dünya çempionu Çexiya yığmasıyla qarşılaşan Azərbaycan milli komandası oyuna ciddi itki ilə çıxmışdı.

Komandamızın aparıcı üzvü İlkin Hacıyev ilk oyunda əzələsini dartdığı üçün çexlərlə oyunu buraxmaq məcburiyyətində idi. Buna baxmayaraq, komandamız oyuna yaxşı başladı və hissənin yarısında komandamızın kapitanı Seymur Məmmədov rəqibin kobud səhvini bağışlamadı. S.Məmmədov fərqlənməklə Azərbaycan millisinin mötəbər turnirlərdə vurulan ilk qolunun müəllifi kimi adını minifutbol tariximizə yazdırdı.

Macarlarla oyunda olduğu kimi bu dəfə də hakimlər briqadası kobud səhvlə yadda qaldı. Belə ki, ilk hissədə Çexiya komandasının oyunçusu cərimə meydançasında topa əllə toxunsa da, hakim oyunu davam etdirdi.

İkinci yarıda da ilk hissədə olduğu kimi topa nəzarət daha çox avropalılarda idi. Bu məqamda Ramil Həsən-Zadənin də inamlı oyununu vurğulamaq yerinə düşər. Qapıçımız oyun ərzində bir neçə yüz faizli zərbənin qarşısını məharətlə almağı bacardı. Lakin oyunun sonlarında daha təcrübəli olan Çexiya millisi istəyinə çatdı. Əsas vaxtın bitməsinə iki dəqiqə qalmış ani diqqətsizlik komandamıza baha başa gəldi. Qoldan ruhlanan rəqib oyuna artırılmış birinci dəqiqədə qələbə qolunu vuraraq minifutbol yığmamızı Avropa çempionatlarında ilk xalını qazanmaq imkanından məhrum etdi.

Komandamızın növəbti oyunu avqustun 15-i Bakı vaxtıyla saat 17:00-da Türkiyə milli komandasına qarşı olacaq.

Çexiya 2:1 Azərbaycan

 

Qollar: Yakub Qot 38` Stanislav Marik 40+1`/ Seymur Məmmədov 10`
Baş hakim: Sezar İonesku (Rumıniya)
Hakim: Vadim Tendera (Ukrayna)

Azərbaycan: 12.Ramil Həsən-Zadə (Q), 8.Renat Sultanov, 10.Seymur Məmmədov (K), 11.Elvin Əlizadə, 14.Asif Zeynalov, 17.Vüsal İsayev,

Ehtiyat: 1.Seymur Baydamirov (Q), 4.Cavid Rəcəbov, 9.Orxan Məmmədov, 19.Eyyub Əfəndiyev, 20.Emin Əliyev, 77.Zaur Əliyev, 95.Elvin Bayramov.

Baş məşqçi: Elşad Quliyev

Çexiya: 20.Andrey Biro (Q), 6.Frantişek Hakl, 8.Patrik Levçik, 9.Andrey Padera, 10.Yakub Polak, 12.Yan Koudelka.
Eytiyat: 1.Yaroslav Bellada (Q), 2.Vit Popelka, 4.Tomaş Rezni, 5.Jiri Sodoma, 7.Pavel Şultes, 11.Stansilav Marik (K), 13.Yakub Qot, 14.Robin Demeter, 15.David Preşl.

Baş məşqçi: Stanislav Beyda


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8056 san