11:16 14 Avqust 2018
360 dəfə oxunub
Çap versiyası
...

Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İnin növbəti görüşü 12-13 sentyabrda baş tuta bilər.
 
Bu barədə Cənubi Koreya prezidentinin milli birləşmə, milli təhlükəsizlik və beynəlxalq məsələlər üzrə köməkçisi Mun Çjon İn JTBC telekanalının efirində bəyan edib.



"Görüş 12-13 sentyabrda keçiriləcək.” – deyə, Çjon İn bildirib. O, qeyd edib ki, Şimali Koreya dövlətin əsasının qoyulmasının 70 illiyini qeyd edəcəyindən, çətin ki, Koreya liderlərinin görüşünün keçirilməsi 9 sentyabradək mümkün olsun. 

Onun sözlərinə görə, sentyabrın sonunda BMT Baş Assambleyasında Şimalla Cənubi Koreya arasında müharibə şəraitinin sona çatdığının elan edilməsi ehtimalı azalıb. Lakin o, belə bir imkanın mövcudluğunu tam inkar etməyib. 

Qeyd edək ki, Şimali Koreyanın yüksək vəzifəli nümayəndəsi Rio Son Qvon Şimali və Cənubi Koreya liderlərinin Pxenyanda görüşə biləcəklərini demişdi.

Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasındakı ilk tarixi görüş 27 apreldə Phanmuncom məntəqəsində baş tutub. Həmin görüşdə hər iki ölkə arasında hərbi danışıqlar aparılmasına dair prinsipial razılıq ələ olunmuşdu. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
5.6702 san