11:38 15 Avqust 2018
416 dəfə oxunub
Çap versiyası
...

Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bu çərçivədə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.

 

Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub.

Qeyd edilən ünvanlar Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sürücülərin diqqətinə!
19:45 18.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6937 san