11:23 16 Avqust 2018
323 dəfə oxunub
Çap versiyası
...

Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev  bildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

 

Onun sözlərinə görə, dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb: "Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir".

M.Ağayev qeyd edib ki, vəziyyətlə bağlı müvafiq tədbir görüləcək: "Məsələ Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:57 18.09/2018
Şəmkirdə yanğın
08:50 18.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9618 san