08:59 18 Avqust 2018
361 dəfə oxunub
Çap versiyası
...

Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən “KHS101” molekulunu aşkar ediblər. “RİA Novosti”nin yaydığı məlumatda eksperimentlərin hələ ki siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, “KHS101” hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.

Strategiya.az “MedDaily” saytına istinadla xəbər verir ki, tədqiqatların nəticələrinə görə, “KHS101” neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan “TACC3” zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, “KHS101” xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir.

Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrotsitom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına “KHS101” iynəsi, qalanlarına isə platsebo vurublar. Molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və “TACC3” ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:57 18.09/2018
Şəmkirdə yanğın
08:50 18.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0077 san