11:52 13 Sentyabr 2018
398 dəfə oxunub
Çap versiyası
...

Gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran Prisi ilə bağlı planlar açıqlanıb.

 Bakı Şəhər Halqasının marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, Formula 1-ə maraq hər il 30 faizə qədər artır və həm yerli sakinlər, həm xarici qonaqlar yarışmaya daha böyük maraq göstərirlər.

N.Arpadarai deyib ki, bu il yarışmaya bilet satışına daha tez, yəni oktyabrın axırları start verilməsi nəzərdə tutulur: "Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar".

 

Şöbə müdiri yarışların 5 il tamam olduqdan sonra uzadılması məsələsinə də toxunub: "Yarışların uzadılması ilə bağlı danışıqlar gedir, ancaq neçə il uzadılacağı hələlik məlum deyil".

Şöbə müdiri əlavə edib ki, noyabr ayından yarışla bağlı tikinti işlərinə start veriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.2249 san