12:26 13 Sentyabr 2018
613 dəfə oxunub
Çap versiyası
...

Bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib.

AMEA-nın Fəlsəfə İnstitutundan  verilən məlumata görə, kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin (CNRPAH) professoru Zəim Xənişlavi tərcümə edib.

Qeyd edək ki, professor Z.Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.

Kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
23-09-2018
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb
21-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9689 san