08:40 18 Sentyabr 2018
Çap versiyası
...

Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – X iclasında hasilatın artırılması müzakirə ediləcək.
 
Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, JMMC-nin Əlcəzair görüşündə hasilatın gündəlik 1 milyon barreldən daha çox artırılması nəzərdən keçiriləcək. Yığıncaqda neft bazarının müxtəlif istehsal ssenarilərinə dair müzakirələr aparılacaq. Bəzi iştirakçı ölkələr qarşıdakı görüşün nəticələrindən yaxşı faydalana bilər: "OPEC və qeyri-OPEC ölkələri neft bazarı üçün alternativləri müzakirə edəcək”.
 
İclas çərçivəsində təşkil ediləcək mətbuat konfransında OPEC-in 2018-ci il üzrə "World Oil Outlook” hesabatı da təqdim olunacaq.
 
Qeyd edək ki, JMMC-nin IX iclası bu il iyunun 21–də Avstriyanın paytaxtı Vyanada keçirilib.
 
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.1476 san