17:05 24 Sentyabr 2018
Çap versiyası
...

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsindən Bakı şəhər sakini X.Abdullayevanın “Opel” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini Ş.Mehralıyevin “Volkswagen” markalı avtomobilinin qaçırılması barədə RPİ-yə məlumat daxil olub. Polis əməkdaşlarının“isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Faiq Möhübov avtomobillə birgə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.4577 san