15:45 13 Avqust 2014
4899 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

     Nadir kişi nüfuzlu ailə canlı və qayğıkeş bir ailə başçısıdır. O, ailəsini çox sevir.  Ailə üzvülərinin şəxsiyyətinə maraqlarına son dərəcə hörmətlə yanaşır. Çünki o mədəni oxumuş bir insandır. Onun şalvarının ayağının kimin tərəfindən kəsilməsi  heç bir cinayət hadisəsinin tərkib hissəsi deyil. Sadəcə çox ibrətamiz bir məişət hadisəsidir.

    Bir gün Nadir kişi rayondakı  ticarət mərkəzindən bir şalvar alır. Şalvarın ayağı Nadir kişiyə bir az uzun olur. O, ailə büdcəsinə qənaət etsin deyə ticarət mərkəzindəki dərziyə 2 manat verib şalvarın ayağını kəsdirmir. Fikirləşir ki, evdə üç nəfər xanım var, onlar şalvarın ayağını kəsərlər. İki manatı da qalar cibində. Nadir kişi  şalvar  əlində evə gəlir. Evdəki xanımlarla salamlaşdıqdan sonra     arvadı Fatiməyə deyir:

-         Fatimə, əzizim, bu şalvarın ayağını kəs, əynimə bir az uzun olur.

Fatimə deyir:

-         Başına dönüm, serialın ən maraqlı yeridir. Qoy qurtarsın, kəsərəm, gözüm üstə.

Nadir kişi arvadını serialdan ayırmaq istəmir. Gəlininə deyir ki, ay Sevda bu şalvarın ayağını bir az kəs, əynimə uzun olur. Sevda qaynatasına ədəb-ərkanla deyir:

-          Nadir dayı, Whatchap-da  bu dəqiqə yoldaşımla yazışıram. Qoy qurtarım, mənim gözüm üstə.

Nadir kişi fikirləşir ki, gəlini yoldaşından ayırmaq insafdan deyil, qoy yazışsın. Qızına yaxınlaşır. Qızı Lalə deyir:

-         Ata Facebook-da bu dəqiqə qızğın müzakirə gedir. Qurtarıb sənin şalvarının ayağını kəsərəm, problem deyil.

Nadir kişi qayğıkeşlik edib fikirləşir ki, xanımların xətrinə dəyməsin. Və təzə aldığı şalvarı böyük həvəslə ayağını kəsir ki, sabah işə geysin.

 Serial qurtarır.  Fatimə xanım fikirləşir ki, Nadirin  şalvarının ayağını kəsməli idi. Təcili şalvarı götürüb ayağını kəsir. Bundan sonra gəlin Sevda xanım əri ilə  Whatchap yazışması qurtarır və dərhal durub qaynatasının şalvarının ayağını kəsir. Sonra izə Nadir kişinin qızı Lalə Facebook - dakı müzakirə qurtaran kimi sevimli atasının şalvarının ayağını kəsir.

 Nadir kişi səhər durub şalvarı əyninə geyinir görür ki, şalvarn ayağı dizinə qədər kəsilib. Bir sözlə şalvar olub şortik.

Bu hadisə nə lətifədi, nə folklordu, nə də əfsanədir. Bu bizim kənd rayonlarından birində baş vermiş gerçək hadisədir.

Anan ölsün, ay Mark  Nadiri nə günlərə saldın?!.

 


Müəllifin digər yazıları

  1. Kərəm özünü necə "yandırdı?!..."
  2. Hacı Zakir Bayramov -70
  3. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  4. RAMİN QASIMOVU TANIYAQ
  5. Dostların ərk yeri Rasim Mirzəyev!
  6. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  7. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  8. Multikulturalizmin etnosiyasi çalarları
  9. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  10. Vəkil Akif Əlizadə haqqında...
  11. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  12. ƏRK QALASI !
  13. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  14. Ömür dedikləri bir karvan yolu...!
  15. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  16. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  17. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  18. Zeynəb ...duyğu və harmoniya!
  19. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  20. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018
21.02.2018 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8623 san