13:12 08 Dekabr 2014
16604 dəfə oxunub
Çap versiyası

 

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, arzuları, əməlləri hər birimizin həyatında yaşayır. DİO-da da ulu öndərin möhtəşəm həyat və fəaliyyəti öyrənilir, şəxsi heyətin bu dahi şəxsiyyətdən örnək alması üçün ilboyu  tədbirlər görülür. Ümummilli liderimizin anım günü də belə mərasimlərin gerçəkləşdiyi günlərdəndir.

Ulu öndərin vəfatının 11-ci ildönümü BMİ Sumqayıt Şəhər Mühafizə İdarəsində də qeyd olunmuşdur. Dekabrın 8-də gerçəkləşdirilən tədbir ümummilli liderin siyasi fəaliyyətini, daxili işlər orqanları əməkdaşları ilə görüşlərini əks etdirən fotostendlərə baxış keçirildikdən sonra tədbir akt zalında davam etdirilmişdir.

İdarənin rəisi, polis polkovniki Akif Alışanov tədbiri giriş sözü ilə açaraq bu günlər respublikamızın hər yerində, eləcə də onun hüdudlarından kənarda xalqımızın taleyində misilsiz rolu olan, müasir, müstəqil Azərbaycanın qurucusu, memarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış və dünya birliyinə qovuşdurmuş  ümummilli liderimizin anım tədbirlərinin keçirildiyini qeyd etmiş, bütün bunların ulu öndərin şəxsiyyətinə və möhtəşəm fəaliyyətinə böyük hörmət və ehtiramın əyani göstəricisi olduğunu vurğulamışdır.

Sonra ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakultəsinin dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev ümummilli liderin hər bir azərbaycanlıya örnək olan mənalı ömür yoluna, zəngin dövlətçilik fəaliyyətinə nəzər salaraq qeyd etmişdir ki, 1969-1982-ci illər artıq Heydər Əliyev erasının başlanğıcı idi. Fenomenal lider olmasını onun xalqın rəhbəri kimi fəaliyyətinin istənilən mərhələsində görmək olar. Bu dahi şəxsiyyət hələ sovet dövründə təbii sərvətlərlə zəngin, lakin infrastrukturu, güclü kadr və intellektual potensialı kifayət qədər olmayan bir ölkədə qısa zaman kəsiyində uğurlu yenuliklərə imza atdı, özünü bütün çətinliklərdən qələbəylə çıxmağı bacaran, qətiyyətli, qüdrətli rəhbər və şəxsiyyət kimi sübüt etdi.

Daha sonra çıxış edən Şəhər İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Eldar Məmmədov demişdir ki, XX əsr Azərbaycanın çox mürəkkəb dövründə ona rəhbərlik edən, yüzillik ərzində ikinci dəfə qazanılan dövlət müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, üstəlik, ölkəmizin gələcək inkişaf istiqamətini müəyyənləşdirən, onun idarəçiliyini, taleyini etibarlı, qüdrətli əllərə ötürən və bundan sonra sarsılmaz dövlətçilik ənənələri yaradan  dahi şəxsiyyəti, zəmanəmizin böyük azırbaycanlısını xalq Xilaskar, ulu öndər və ümummilli lider kimi tarixin ən böyük zirvəsinə ucaltdı.

Tədbirə yekun vuran  polis polkovniki Akif Alışanov ulu öndərin daxili işlər orqanlarının həyatında böyük rol oynadığını və ulu öndərin uzaqgörən siyasəti nəticəsində digər hüquq-mühafizə orqanları kimi, Azərbaycan Polisinin də bu gün dünyanın ən müasir tələblər səviyyəsində xidmətini təşkil edən, müasir  maddi-texniki bazaya malik, döyüş-peşə hazırlığı və intellekt səviyyəsi yüksək olan, qarşıya qoyulan hər bir vəzifənin öhdəsindən şərəflə, peşəkarcasına gəlməyə qadir, dövlətçiliyinə sədaqətilə seçilən, xalqının və Prezidentinin yüksək etimadını, inamını qazanan bir qurum olduğunu diqqətə çatdırmışdır.  

Sonda ulu öndərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

 


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6354 san