13:39 10 Dekabr 2014
5594 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

  XX əsrin görkəmli Azərbaycan siyasətçisi, Ulu Öndər Heydər Əliyev  fenomen idarəetmə ustalığı ilə seçilən böyük dövlət xadimi,  təşkilatçı, qurucu bir şəxsiyyət olmuşdur. Ulu Öndər Heydər Əliyev cəmiyyətdə fəaliyyəti yönümündə xüsusi idarəetmə strategiyası ilə fərqlənən lider, siyasi xadim, quruculuğu və yaradıcılığı ilə tarixləşən şəxsiyyət,  Azərbaycanın 1 №li vətəndaşıdır. Ulu Öndər H.Əliyevin həm də dərin fəlsəfi təfəkkür, düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kəlama çevrilmişdir.

 

          Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev fəlsəfəsində onun baxış və fikirləri, Ulu Öndərin əksər ifadələri müdrik deyim hüquqi qazanmışdır. Onun nəzəri təfəkkürün məhsulu kimi bu gün istifadə etdiyimiz fikirləri Şəxsiyyət fəlsəfəsində daxili istedadın bəhrəsidir.

         Siyasi, nəzəri fəaliyyətlə praktiki quruculuq missiyasının, fəlsəfi duyumla ictimai siyasi idarəetmə praktikasının bir şəxsin, H.Əliyev vəhdətində təzahürü isə hadisədir. Heydər Əliyev Azərbaycan vətəndaşları, onun tərkib hissəsi olan Azərbaycan qadını üçün xüsusi siyasi strategiyası ilə fərqlənən dövlət xadimidir.  Ulu Öndərin öz fikirləri ilə desək: «Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır».  

          XX əsrdə Azərbaycan qadını cəmiyyətin əsas aparıcı bir qüvvəsi kimi ictitmai-siyasi həyatda fəal yer tutmağa başladı. Bu fəallığın ilkin təkan vericisi Heydər Əliyev şəxsiyyətinə olan xarizma, onun «polad» kimi əyilməz liderlik xüsusiyyəti, zərif cins adlanan qadının əsil insan-vətəndaş olaraq cəmiyyətə yararlı qüvvə kimi adaptasiyasına dəstək verməsi oldu.

          Regionlarda üçüncü sektorun feminizasiyası gedir. Bunun səbəbləri:

  1. Kişilərin qazanc arxasınca miqrasiya etməsi; müharibə nəticəsində yerlərdə demoqrafik disbalans; regionlarda qadınların sayının çoxalması
  2. Kişilərin əksəriyyəti, xüsusən sosial cəhətdən aktiv olanları, biznes və siyasətlə məşğul olmağa üstünlük verir (QHT-lər sosial statusa heç nə vermir)
  3. Qadınlar sosial – iqtisadi və psixoloji cəhətdən QHT-də əksəriyyət təşkil edir
  4. QHT-in ən sox fəaliyyət göstərən səhiyyə, təhsil, mədəniyyət sahələri qadınlar üçün yaxındır. Sırf qadın sahəsi sayılan bu sahələrdə də QHT-lər üçün yeni üzv toplamaq asandır.

     Bu  baxımdan  qadın  QHT- lərin  inkişafında 4 əsas dalğanı göstərək:

I  dalğa – sovetlərin dağılması, Qarabağ münaqişəsinin başladığı dövrə təsadüf edir. Bu dalğa qaçqınlara, yaralılara, yetim qalmış uşaqlara humanitar yardım xarakteri daşıyır;

II dalğa– 1991-1995 il-də humanitar yardımdan ictimai fəaliyyətə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə keçidlə əlaqədar idi. Bu həm də qadınların idarəetmə sahəsində müəyyən sayda iştirakı dövrü idi;

III dalğa– Pekin Platformasının müddəaları – qadınlar üçün bərabər imkanların yaradılması tövsiyyəsi, QHT(qadın)–in sosial-iqtisadi istiqamətdə fəaliyyətə başlaması;   

IV dalğa – Regionlar indi yuxarıda göstərilən 3 dalğanı keçirməyə başlayır.

          Üçüncü sektorun inkişafı bir başa qadınların maraqlarına toxunur. Bir tərəfdən, qadınlar üçüncü sektorun subyektidir, çünki cəmiyyətin digər təbəqələri ilə müqayisədə qadınların sayı sosial cəhətdən az müdafiə olunan (işsiz, qoca, tənha valideyn və s.) arasında daha çoxdur. Digər tərəfdən, onlar qeyri kommersiya təşkilatlarında işləyənlər arasında da çoxdur. Deməli üçüncü sektorun inkişafı sayəsində sosial cəhətdən xeyli aktiv qadınlar işlə təmin oluna bilər. Bu sahədə  bələdiyyələrlə işə ehtiyac vardır.

         Hal-hazırda Azərbaycanda fəaliyyətdə olan müxtəlif yönümlü QHT-lər (qadın, gənclər, hüquq müdafiəsi, təhsil, ekoloji, humanitar, sülhpərvər, milli-mədəni, elmi-tədqiqat və s.) res-publikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Müxtəlif sosial istiqamətli və mövzulu layihə və proqramlar QHT-lərin fəaliyyətinin mühüm tərkib elementidir. Onlar sosial-iqtisadi, mədəni və mənəvi inkişaf üçün böyük əhəmiyyət kəsb edən problemlərin geniş dairəsi üzərində işləyirlər:

 

  1. QHT qadın sektoru cəmiyyətin çoxnövlü «ağrılı nöqtələr»inin aşkarlanmasında;
  2. faktların və məlumatların öyrənilməsində;
  3. hakimiyyətdə, siyasətdə, idarəetmədə və dövlətin müxtəlif səviyyələrində gender tərkibini  göstərən qurum rolunu oynaya bilər.

Buna görə də dövlət:

- QHT-lərə münasibətdə konstruktiv siyasət yürüür;

- onlar ilə tərəfdaşlıq münasibətlərinin qurulmasına;

- dialoq aparılmasına;

- birgə proqramların gerçəkləşdirilməsinə;

- onların birgə tədbir və layihələrə dəvət edilməsinə istiqamətlənmiş iş görür.

  Bu gün demokratikləşmə və vətəndaş cəmiyyətinin təşəkkülü olduqca xəyali görünsədə, amma bu istiqamətdə təkamül hərəkatı hər halda mümkün olacaq görünür, çünki bunun üçün yetərli real zəmin mövcuddur.

        Bu nöqteyi nəzərdən Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 2008-ci il 16 aprel tarixində imzaladığı sərəncamla Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması Ulu Öndər H.Əliyevin Milli inkişaf siyasətinin nəticəsidir.  Qeyd edək ki, Dövlət Şurasının bir  fəaliyyət istiqaməti də “ailə, qadın və uşaq” bölümüdür.  

         Bu yönümdə qeyd etməliyik ki, nəinki ölkədə, həmçinin regionda analoqu olmayan H.Əliyev Fondunun Prezidenti xanım M.Əliyevanın vətəndaş cəmiyyətinin  qurulması istiqamətində gördüyü işlər danılmazdır.

       

 

 

 

 

 

 

 

 

 

 

 

 

           

           

                            

 

 


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Zəmanəmizin lideri
19:19 14.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 DİN və din
23.05.2018 Neftin qiyməti
22-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9674 san