14:02 10 Dekabr 2014
7064 dəfə oxunub
Çap versiyası

 

 

Bu gün dünyanın çalxalandığını, toyuq başı kəsməyə belə cürət etməyənlərin insan başı kəsməsi səhnələrini görəndə adamın əti ürpəşir...

Hər səhərini bomba partlayışları ilə açanlardan, Günəşi belə qan rəngində görənlərdən fərqimizi, təəssüflər olsun ki, hələ də çoxumuz bilmirik. Terrorun, başsızlığın can aldığı, eləcə də örnək kimi bizə göstərlən demokratik ölkələrdə baş verənləri, rənginə, irqinə görə öldürülənləri, verilən azadlıqda “kör atı minib köndələn çapmaq” istəyənlərin niyyətini gördükdə və eşitdikdə adamın matı-qutu quruyur.

Sabitlik, əmin-amanlıq olan ölkələrin insanları xoşbəxtdir. Bunu dünyanın beyin mərkəzlərində çalışanlar da deyir, isbat edirlər. Torpağında bircə kərə də olsa güllə atılmayan, bomba partlamayan ölkələrə baxıb  həsəd aparmaq əvəzinə, Azərbaycanda yaradılan şəraitə, sabitliyə, əmin-amanlığa görə, görəsən, içimizdə şükranlığını ifadə edən neçə nəfər var. Bəli, xalq bu sabitliyi yaradan, onu düşünən dövlətdən razıdır. Bəli, xalq onu qoruyan, gələcəyini yaradan insanları sevir, onlara hörmət edir. Bəs, bu, niyə bəzilərində qıcıq, narahatlıq yaradır?

Etdiyi əməlin cəzasız qalmayacağını düşünə-düşünə qanunu pozanlar, qanuni vəzifə borcunu yerinə yetirənlərə qarşı qanmazlığını, aşkar tərbiyəsizliyini nümayiş etdirənlər, görəsən, hansı qazanda bişib.

Az qala bir əsrlik tarixini qeyd edəcəyimiz Azərbaycan Polisinin dövlətçilik tariximizdəki rolu, müstəqilliyimizin, Vətənimizin qorunmasındakı xidmətləri barədə çox yazılıb, çox deyilib. Və yəqin ki, hələ çox da yazılacaq və deyiləcək. Çünki Azərbaycan Polisi bütün təriflərə, tənqidlərə, hətta təhdid və təhqirlərə rəğmən qanıyla-canıyla imza atdığı Andına, şərəfli missiyasına sadiqdir.

 “Yanan da biz, yaman da biz”. Əslində, bu gün məcazi yox, birbaşa mənasında polisimizi yandıranlar elə yamanlardır. Gizli və ya aşkar şəkildə polisə olan nifrətini onu yandırmaqla, bədən xəsarətləri yetirməklə, hətta öldürməklə bildirənlərin mayası nədən yoğrulub, bunu deyə bilmərik. Bunu dövlətə, onun qanunlarını qoruyan polisə qarşı gedən “don kixotlar”ın xislətinə nifrət toxumu əkənlər yaxşı bilərlər.  

Dövlətin əsas sütunlarından birinə qarşı edilən “hücum”ların arxasında duranların kimliyi isə bir çox hallarda bəlli olmasa da niyyətləri bəllidir: sabitlik adası kimi dünyanın diqqətində olan Azərbaycanı sarsıtmaq, onu qaydasız oyunlara bulaşdırmaq, idbar oyunçuya çevirmək, boyunduruğa salıb rəzil və səfil Ermənistanın gününə salmaq.

Hə, son zamanlar bu zurnanın havasına, öz gözündə tiri görməyib, başqasının gözündə qıl axtaranların çubuğuyla meymunluq edənlərin çıxışları daha da rəngarəng olub. Saytlarda geninə-boluna tırajlanan videolara baxanlar nəyi nəzərdə tutduğumuzu tez başa düşərlər. Baxmayanlara isə məsləhət görmürük, ürəyiniz bulanar.

Maksim Qorkinin “Həyatın dibində” romanından belə bir ifadə yadıma düşdü: İnsan üçün ən layaqətsiz hərəkət onun öz-özünə tüpürməsidir.

Görəsən, üzdəniraq soydaşımız polisə benzin atanda, üstünə maşın sürəndə, barəsində hərzə-hədyan yazanda və bunu qəhrəmanlıq kimi təqdim edib döşünə döyəndə düşünürmü ki, həmin mundirin içindəki insan onun atasıdı, qardaşıdı, övladıdı! Düşünürmü ki, o ata, o qardaş, o oğul bu gün, lap elə bu gecə lazım gəlsə onu, ailəsini, canını, şərəfini, namusunu canıyla qoruyar!

Və unutmayaq ki:

 

Hər atılan daşa bir başı qurban-

Versək bağışlamaz bu Vətən bizi.

 

 

 


Müəllifin digər yazıları

  1. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  2. Ünvanına yetişən məktublar...
  3. Azadlığa can vermişik...
  4. Xilaskar
  5. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  6. Bu köç hara gedir?...
  7. Uğurlu yollarla irəli…
  8. Tarixə dönənlər...
  9. Biz onları unutmadıq... FOTO
  10. Sizinlə qürur duyuruq… FOTOLAR
  11. Vətəndaşın güvənc yeri
  12. Könül adamı...
  13. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  14. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  15. Vətənin başladığı yerdə… FOTOLAR
  16. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  17. “Mən Azərbaycanlıyam” demək haqqı...
  18. Bu, xilaskar ömrüdür...
  19. Uşaqlar ölməsin....
  20. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  21. Polis-döyüşə hazır əsgər kimi ...
  22. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  23. Xilaskarlar… (FOTO)
  24. Yeni maşınlar təqdim edildi
  25. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  26. “Vicdanlı” başlıqlar...
  27. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  28. Vətənpərvər və sağlam gənclik üçün…
  29. Vətən üçün, xalq üçün və gələcək üçün...
  30. Onun rəngli dünyası... (FOTO)
  31. Ölümün ağ rəngi... (Fotolar)
  32. “Artıq gecdir” deməmək üçün...
  33. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  34. Görüşə polislər gəlmişdilər...
  35. Polislər bu nəcib işdə birincidirlər
  36. Haqqı görə bilmək xoşbəxtliyi...
  37. Bəxtiyar olmaq...
  38. Əbədiyaşar…
  39. Etibar edənlər peşman olmur…
  40. Bir həsrət yazısı…
  41. Tələsin insanlar...
  42. Azadlıq rəngli Bayrağım!
  43. Sabahı bu gün düşünək...
  44. Çətin qazanılan şirin nemət-Azadlıq…
  45. Sabitlik adlı sərvətimiz…
  46. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  47. 90 yaşın işığında… - FOTO
  48. İtirdiklərimiz…
  49. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  50. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  51. Çörək satıb, çörək qazanan qadın...
  52. AĞLAMA
  53. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  54. 20 yanvar-Vətən tarixi...
  55. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  56. Həmrəyliyə gedən yollar
  57. “Yox deməyi bacaraq”!!!
  58. On iki il, bir ömürlük həsrətdi hey....
  59. Vətən üçün...
  60. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  61. “Küçə uşaqları”nın gələcəyi...
  62. Çəkdim ki, izim qala...
  63. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  64. Gələcəyimizin sağlamlığı üçün...
  65. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  66. “Söz”dən sonra….
  67. Vətən daşı olmaq üçün... Foto
  68. Ölüm ömrün sonu deyil… Foto
  69. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  70. Xalq, dövlət və bayraq üçün… Foto
  71. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  72. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  73. Sən yanmasan, mən yanmasam...
  74. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  75. Sahibsiz köçün hekayəsi...
  76. Rahatllıq da bir xoşbəxtlikdir...
  77. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  78. Gələcək üçün, gənclik üçün...
  79. Andına sadiq Azərbaycan Polisi…
  80. Vətən unudulmur, Vətən unutmur… Foto
  81. Ümidləri doğrultmaq üçün...
  82. İyirmi beş il, iyirmi beş qərənfil...
  83. Bir “həmkarıma...
  84. Bayram günlərində də...
  85. Bu, elə bir bəladır ki...
  86. “Uğur olsun”, deyirik…
  87. Azərbaycan deyiləndə ayağa dur ki...
  88. Hər atılan daşa...
  89. O, həmişə bizimlədir
  90. Bir oğul var... - Fotolar
  91. Qayğı da var, nəzarət də
  92. Görüşməyək, qorxuram...
  93. Dərdin adı Xocalı...
  94. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  95. Bayrağımızı ucaldanlar... -Fotolar
  96. Rənglər danışır, biz isə susuruq...
  97. Vətəndaş kömək umur, kömək görür...
  98. Arzu dolu ömür yolu... - Foto
  99. Kaş, yuxum çin olaydı...
  100. Belə bir oğul vardı... - Fotolar
  101. Belə “qəhrəmanlıq” olmur...
  102. Ağ qadın
  103. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  104. Yollara
  105. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  106. Həsrətinə bir film çəkmək istəyirəm...
  107. Bir gözəl gəzirəm məni öldürə
  108. Ürək
  109. Bir məktub, bir ailənin sevinci...
  110. 23 ay-23 il...
  111. Qayıtma
  112. Qocalar
  113. Həsrət
  114. Məktub
  115. Bir ömrün yuxusu
  116. Ayrılıq ölüm deyil...
  117. Ehtiyac ölümdən qorxuludur...
  118. Atamın 55 yaşı...
  119. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7533 san