10:00 05 Aprel 2015
1724 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur.

Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə etmişdir. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı. Bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də mətbuat və kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın koməyilə Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Türkiyə Böyük Millət Məclisinin iclasında Qarabağdakı gərginliyin daha da artmasına səbəb olan bu soyqırım hadisəsinin dünya ictimaiyyətinə çatdırılması haqqında yekdilliklə qərar qəbul edildi. Bundan əlavə, sonrakı illərdə də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatırılmasında Türkiyə ictimaiyyətinin, mətbuat və kütləvi informasiya vasitələrinin mühüm rolu təqdirəlayiqdir.

1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə xarici işlər nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasından təcili iclasının çağrılmasını da xahiş etmişdir. O zaman Türkiyə dövləti Azərbaycanı dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinə son qoymasını tələb etmiş və Türkiyə dövləti bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhəddini bağlamışdır.

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.

2009-cu il oktyabrın 10-da Surixdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını özündə əks etdirən protokolların imzalanmasından sonra isə Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəsmən bəyan etdiyi sözlər qardaş dövlətin Azərbaycanın milli maraqlarına zidd olacaq qərar qəbul etməyəcəyinə olan inamı daha da artırdı: “Ermənilər işğal altındakı Azərbaycan torpaqlarını azad etməsə, protokolların parlamentdə təsdiqlənməsi mümkün olmayacaq”. Türkiyənin dövlət rəsmiləri də Azərbaycanla münasibətləri yüksək qiymətləndirərək bəyan etmişlər ki, “Azərbaycan strateji ortağımızdır və qardaş ölkənin milli maraqlarına zidd olaraq hər hansı bir addım atmayacağıq”. 2010-cu il mayın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin qətiyyətli addımlarının davam

etdiriləcəyini bildirərək qeyd etmişdir ki, “Azərbaycanın bu probleminə qardaş Türkiyənin əhəmiyyət verməməsi mümkün deyildir.”

Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökümət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir.

Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentləri 2015-ci il aprelin 24-də Çanaqqala şəhərində türk ordusunun qəhrəmancasına qələbə qazanmasının 100 illiyini qeyd edəcəklər. Bu barədə iki qardaş ölkənin liderləri 2015-ci il yanvarın 15-də Ankarada keçirdikləri mətbuat konfransında bəyan etmişlər.Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyədə və ümumiyyətlə, türk dünyasında müstəqil dövlətçiliyin, vətənpərvərliyin daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaqdır. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın bir ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət eməklə yanaşı, işğal altında olan torpaqlarımızın azad edilcəyinə olunan birgə inamın da təcəssümüdür.

Bunun bariz nümunəsini biz 2015-ci il martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında öz əksini tapdı. Türkiyə dövlətinin başçısı bildirdi ki, “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyildir. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik. 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni, Dərbəndi, Dağıstanı düşməndən bu qardaşlar çiyin-çiyinə verərək yan-yana şəhid olaraq azad ediblər. Bu gün də Dağlıq Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın dərdini, inanın, Anadolu torpaqlarındakı hər qardaşımız ürəyində hiss edir. Bizim nəzərimizdə Qarsdakı, İğdırdakı, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur. Bizim üçün İzmir, İstanbul, Ankara, Antalya nədirsə, Bakı da elədir”.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək qeyd etmişdir ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.

 


Müəllifin digər yazıları

  1. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  2. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  3. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  4. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  5. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  6. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  7. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  8. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  9. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  10. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  11. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  12. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  13. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  14. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  15. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  16. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  17. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  18. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  19. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  20. BMT necə və nə üçun yaradıldı?
  21. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  22. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  23. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  24. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  25. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  26. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  27. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  28. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  29. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  30. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  31. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  32. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  33. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  34. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  35. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  36. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  37. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  38. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  39. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  40. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  41. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  42. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  43. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  44. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-01-2017
18-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1094 san