RUH
09:44 06 Fevral 2014
5910 dəfə oxunub
Çap versiyası


Ömrünü qaçqın şəhərciyində başa vurmuş mərhum  şair

Vahid Əlifoğlunun xatirəsinə ( yurdsuza hər yer qaçqın  şəhərciyidir).

 

 Günün günorta çağında,

 hamının gözü qabağında,

elə metronun içindəcə

qaraldı qəm dolu gözləri,

boşaldı dizləri.

Gündən qaralmış sifəti,

oldu ağappaq,

başından sürüşdü,

 düşdü köhnə papaq.

Söykəyib yerə gücdən

 düşmüş əllərin,

oturdu üstündə soyuq mərmərin.

Toplandı başına bir neçəsi

 yanından keçənlərin.

Biri nəbzini tutdu,

biri sildi alnından

 purçum-purçum süzülən

 soyuq tərin.

Biri açdı köynəyinin

 hərəsi bir rəng olan düymələrin.

Biri qışqırdı:

 -qoyun, təmiz hava gəlsin,

kimdə varsa dərman versin,

dava versin.

Biri qulağına çığırdı,

bu kimsəsiz qocanın:

-necədir ünvanın?

Həyatla ölüm arasında

qaşla-göz qədər yol qalanda,

 pıçıldadı son anda:

-Füzuli şəhəri, bazarın yanı,

Natəvan küçə...- dedi.

Eşidən olmadı ev nömrə neçə dedi.

Baxdılar, hamı bir-birinin üzünə,

 -yazıq, qaçqındı-deyib,

 bir qadın da vurdu dizinə,

ah çəkdi yana-yana:

  -özü gedə bilmədi,

heç olmasa, ruhu getdi

 dediyi ünvana.

Beləcə, günün günorta çağında,

 hamının gözü qabağında,

bir anda dayandı ürəyi.

Yanında torbası qalmışdı,

 içi dolu, satdığı

 “Dərnəgül çörəyi.”

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
14-08-2018
13-08-2018
13.08.2018 Çində zəlzələ

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9592 san