14:09 08 May 2015
6288 dəfə oxunub
Çap versiyası

 

 

O qızın gözləri bəxtimdən qara,

Ürəyi oxşayan gülüşləri var.

Eşqi qəlbimdə sağalmaz yara

Mənim ömrümdən itməz yadigar.

                   *****

O qızın həsrəti yaman şirindir,

Əllərim uzanıb yollara sarı.

Mənim gözlərimdəki yuxu sənindir,

Mənə gecələri çox görmə barı.

                   *****

O qızın ürəyi necə döyünür –

Sayıram günləri, boş dəqiqələri

Həsrətim böyüyür, arzum böyümür

Elə bil öpürəm boş vərəqləri…

                   *****

O qızın səsi də incədən incə,

Nəfəsi gecələr yuxuma girir.

O qıza qəlbimi açım mən necə,

Qaçdığım dərdlər də qarşıma gəlir.

                   *****

İlahi bir azca dözüm ver mənə,

Ömrümü, günümü alma əlimdən.

Sən yaratdığını özün ver mənə

O gülün adını salma dilimdən.

Canım da, ruhum da yalvarır sənə

İlahi, bir azca dözüm ver mənə.

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
14-08-2018
13-08-2018
13.08.2018 Çində zəlzələ

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7736 san