08:23 19 Sentyabr 2015
2631 dəfə oxunub
Çap versiyası

 

 

Daxili İşlər Nazirliyinin  mətbu orqanı olan “Mübariz keşikdə” qəzetinin 10 sentyabr nömrəsində “İngiltərədən gələn qələbə sorağı” bağlığı altında kiçik bir xəbər paylaşmışdıq.  Xəbərdə  Yasamal RPİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı, qaydasız döyüş üzrə dəfələrlə dünya və Avropa çempionu İlkin Səfərovun İngiltərənin Norviç şəhərində budo döyüş növlərinin MMA və Qreplinq versiyası üzrə keçirilən yarışda növbəti dəfə də birincilik qazanmasını oxucularımızın diqqətinə çatdırmışdıq.

Həmkarımızın qələbə sevincini bir çox qəzetlər və saytlar da bölüşmüşdü.  Əlbəttə, idmançımızın bu möhtəşəm uğuru bir azərbaycanlı kimi hər birimizi ürəkdən sevindirir və ona əhsən deyirik…

Vədələşdiyimiz kimi, məşq etdiyi zalda görüşdük. Daha doğrusu, o, hələ məşqi bitirməmişdi. Onun məşq prosesini izlədikcə bir anlıq gözlərimin önündən Hollivudda çəkilən döyüş filmləri gəlib keçdi. Məqşçisinin verdiyi tapşırıqları dəqiqliklə yerinə yetirən, hər bir hərəkəti dəfələrlə təkrarlayan İlkinin keçirdiyi  döyüşlərdən qələbə ilə ayrılmasının sirrini çözməyə başladım. Və bir daha yəqin etdim ki, qələbə qazanmaq təkcə ağır zəhmətin, gərgin məşqlərin bəhrəsi deyil, həm də idmançıdan səbr, dözüm, iradə tələb olunur.

Bu gün Azərbaycanda idmana olan dövlət qayğısı göz qabağındadır. Məhz bunun nəticəsidir ki, idmançılarımız dünyanın ən mötəbər idman arenalarında bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. İndi dünyanın hansı nöqtəsinə getsən və “Mən azərbaycanlıyam” desən, əlbəttə ki, səni hörmətlə qarşılayacaq, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan söhbət açacaqlar. Bəli, həyatın hansı sahəsində olursa-olsun, qazandığımız uğurlar Vətənimizın adına, ünvanına yazılır.

O, da dəfələrlə bayrağımızı ucaldıb, himnimizi səsləndirib. Yazımın başlığı da onun fikridir…

Məşq bitdikdən sonra həmkarımı qazandığı qələbə münasibətilə təbrik etdim, sonra yarış haqqında təəssüratlarını öyrəndim.

“Yarış ölkəmizdən çox uzaqda-İngiltərədə keçirilirdi. Həmişə olduğu kimi bu dəfə də yarışa müxtəlif çəki dərəcələrində dünyanın ən güclü idmançıları qatılmışdı.  Sözün düzü, həyacanlıydım, çünki bu gün dünyada söz sahibinə çevrilən, zəngin idman ənənələri olan pəhləvanlar yurdu Azərbaycanı təmsil edirdim. Qazandığım təcrübə və psixoloji cəhətdən hazırlıqlı olmağım rəqiblərim üzərində qələbə çalmağıma çox kömək oldu. 

Əlbəttə, idmandır, qalib də olarsan, məğlub da. Ancaq mən İngiltərəyə yalnız Qələbə üçün gəlmişdim”,- deyən polis kapitanı İlkin Səfərov 90 kiloqram çəkidə üç döyüş keçirdiyini və finalda İngiltərə təmsilçisi Tom Qrosby ilə qarşılaşdığını bildirdi. O, qeyd etdi ki, ingiltərəli idmançı çox güclü və təcrübəliydi. Ancaq yerli idmançıya güclü azarkeş dəstəyi, mənəvi dayaq da kömək edə bilməyib və o, məğlub olub.

İlkinin peşəkarlığı, güclü zərbələri və döyüş zamanı göstərdiyi yüksək texniki ustalıq, əsl idmançılara xas olan xüsusiyyətlər çoxsaylı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Həmkarımız deyir ki, hələ onu idman meydanlarında daha böyük sınaqlar gözləyir. Sınaqlardan üzü ağ, alnı açıq çıxmaq və döyüşlərdən qəlib kimi ayrılmaq üçün var gücü ilə çalışır, müntəzəm olaraq məşqlər edir. 

Bu qələbə münasibətilə biz də sabitliyin keşiyində ayıq-sayıq dayanıb, asayişi qoruyan, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparan həmkarlarımızın adından polis kapitanı İlkin Səfərovu təbrik edir və ona hər zaman üçrəngli bayrağımızı ucaltmağı, ən yüksək arenalarda himnimizi səsləndirməyi arzulayırıq.

         İnanırıq ki, Azərbaycanımızın adını üçrəngli bayrağımız kimi uca tutan oğullar dövlətimizin, ölkə baçşısı, möhtərəm Prezidentimiz cənab İlham  Əliyevin ali diqqət və qayğısı ilə qələbədən-qələbəyə doğru bundan sonra da inamla addımlayacaq, xalqımıza sonsuz sevinc bəxş edəcəklər.

 


Müəllifin digər yazıları

  1. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  2. Ünvanına yetişən məktublar...
  3. Azadlığa can vermişik...
  4. Xilaskar
  5. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  6. Bu köç hara gedir?...
  7. Uğurlu yollarla irəli…
  8. Tarixə dönənlər...
  9. Biz onları unutmadıq... FOTO
  10. Sizinlə qürur duyuruq… FOTOLAR
  11. Vətəndaşın güvənc yeri
  12. Könül adamı...
  13. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  14. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  15. Vətənin başladığı yerdə… FOTOLAR
  16. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  17. “Mən Azərbaycanlıyam” demək haqqı...
  18. Bu, xilaskar ömrüdür...
  19. Uşaqlar ölməsin....
  20. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  21. Polis-döyüşə hazır əsgər kimi ...
  22. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  23. Xilaskarlar… (FOTO)
  24. Yeni maşınlar təqdim edildi
  25. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  26. “Vicdanlı” başlıqlar...
  27. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  28. Vətənpərvər və sağlam gənclik üçün…
  29. Vətən üçün, xalq üçün və gələcək üçün...
  30. Onun rəngli dünyası... (FOTO)
  31. Ölümün ağ rəngi... (Fotolar)
  32. “Artıq gecdir” deməmək üçün...
  33. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  34. Görüşə polislər gəlmişdilər...
  35. Polislər bu nəcib işdə birincidirlər
  36. Haqqı görə bilmək xoşbəxtliyi...
  37. Bəxtiyar olmaq...
  38. Əbədiyaşar…
  39. Etibar edənlər peşman olmur…
  40. Bir həsrət yazısı…
  41. Tələsin insanlar...
  42. Azadlıq rəngli Bayrağım!
  43. Sabahı bu gün düşünək...
  44. Çətin qazanılan şirin nemət-Azadlıq…
  45. Sabitlik adlı sərvətimiz…
  46. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  47. 90 yaşın işığında… - FOTO
  48. İtirdiklərimiz…
  49. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  50. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  51. Çörək satıb, çörək qazanan qadın...
  52. AĞLAMA
  53. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  54. 20 yanvar-Vətən tarixi...
  55. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  56. Həmrəyliyə gedən yollar
  57. “Yox deməyi bacaraq”!!!
  58. On iki il, bir ömürlük həsrətdi hey....
  59. Vətən üçün...
  60. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  61. “Küçə uşaqları”nın gələcəyi...
  62. Çəkdim ki, izim qala...
  63. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  64. Gələcəyimizin sağlamlığı üçün...
  65. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  66. “Söz”dən sonra….
  67. Vətən daşı olmaq üçün... Foto
  68. Ölüm ömrün sonu deyil… Foto
  69. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  70. Xalq, dövlət və bayraq üçün… Foto
  71. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  72. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  73. Sən yanmasan, mən yanmasam...
  74. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  75. Sahibsiz köçün hekayəsi...
  76. Rahatllıq da bir xoşbəxtlikdir...
  77. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  78. Gələcək üçün, gənclik üçün...
  79. Andına sadiq Azərbaycan Polisi…
  80. Vətən unudulmur, Vətən unutmur… Foto
  81. Ümidləri doğrultmaq üçün...
  82. İyirmi beş il, iyirmi beş qərənfil...
  83. Bir “həmkarıma...
  84. Bayram günlərində də...
  85. Bu, elə bir bəladır ki...
  86. “Uğur olsun”, deyirik…
  87. Azərbaycan deyiləndə ayağa dur ki...
  88. Hər atılan daşa...
  89. O, həmişə bizimlədir
  90. Bir oğul var... - Fotolar
  91. Qayğı da var, nəzarət də
  92. Görüşməyək, qorxuram...
  93. Dərdin adı Xocalı...
  94. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  95. Bayrağımızı ucaldanlar... -Fotolar
  96. Rənglər danışır, biz isə susuruq...
  97. Vətəndaş kömək umur, kömək görür...
  98. Arzu dolu ömür yolu... - Foto
  99. Kaş, yuxum çin olaydı...
  100. Belə bir oğul vardı... - Fotolar
  101. Belə “qəhrəmanlıq” olmur...
  102. Ağ qadın
  103. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  104. Yollara
  105. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  106. Həsrətinə bir film çəkmək istəyirəm...
  107. Bir gözəl gəzirəm məni öldürə
  108. Ürək
  109. Bir məktub, bir ailənin sevinci...
  110. 23 ay-23 il...
  111. Qayıtma
  112. Qocalar
  113. Həsrət
  114. Məktub
  115. Bir ömrün yuxusu
  116. Ayrılıq ölüm deyil...
  117. Ehtiyac ölümdən qorxuludur...
  118. Atamın 55 yaşı...
  119. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1988 san