16:50 25 Fevral 2016
2303 dəfə oxunub
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Vüqar Rəhimzadənin növbəti elmi məqaləsi Amerikada nəşr olunun “Thomson Reuters” indeksli “Salmagundi Magazine” adlı beynəlxalq jurnalda işıq üzü görüb

 

“Kütləvi informasiya vasitələri cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir, sərbəst fəaliyyətə malik olur və ictimai dəyişikliklərdə getdikcə daha əhəmiyyətli rol oynayırlar. Bu gün KİV dövlətin sabitliyinin informasiya təminatı olmağa, cəmiyyətdə sabitləşdirici, sosial orqanizmdə hər hansı dəyişiklik törətməyə qadirdir, bu da dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir”. Bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin ABŞ-da nəşr olunun “Thomson Reuters” indeksli “Salmagundi Magazine - Salmagundi-a quarterly of the humanities and social sciences” adlı jurnalda KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi” mövzusunda dərc edilən növbəti elmi məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd edilir ki, kütləvi informasiya vasitələri dövlətin, cəmiyyətin, partiyaların, siyasi, maliyyə-iqtisadi qrupların, ayrı-ayrı şəxslərin siyasi maraqlarını ifadə etdiyindən öz təbiətləri etibarilə sosial-siyasi fəaliyyətin daha əhəmiyyətli subyektinə çevrilirlər. KİV-lər ictimai rəyə təsir göstərən, demək olar ki, ən başlıca amilə çevriləndə bu, cəmiyyətdə islahatların aparıldığı bir şəraitdə xüsusilə nəzərəçarpacaq olur. Bu səbəbdən də kütləvi informasiya vasitələri cəmiyyətdə, hər şeydən öncə dövlətin hakimiyyət strukturlarının siyasi, başqa sözlə, onun informasiya siyasətinin obyekti kimi də çıxış edir.

Elmi məqalədə bildirilir ki, bütün planet miqyasında vahid informasiya məkanının bərqərar olması müasir mərhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir. Lakin o, tarazlı şəkildə baş vermir. Bu prosesin siyasi, iqtisadi əhəmiyyəti daha az informasiya-texnoloji gücü olan ölkələrə münasibətdə diskriminasiyanın olmasını sübut edir. Lakin bu, Azərbaycana aid deyil. Bəlli olduğu kimi, 2013-cü ildə fevralın 8-də Azərbaycanın “Azerspace-1” adlanan ilk süni peyki orbitə buraxılıb. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə edilir. Orbitə buraxılandan sonra Naxçıvan MR də daxil olmaqla, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunur.

Vüqar Rəhimzadə məqalədə xüsusi olaraq qeyd edir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi hədəf götürülür. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.

Məqalədə o da vurğulanır ki, Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyələrdə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.

Müəllif məqalədə həmçinin bildirir ki, XXI əsrdə informasiyanın, bio və nanotexnologiyaların elmi-texniki inqilabın əsasını təşkil edəcəyini nəzərə alan dövlət elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirdi. Yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması isə Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdəndir.


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6046 san