12:21 30 Mart 2016
3033 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

İnsan hüquqları kateqoriyasına aid olan milli məsələ hər zaman dünyanın diqqətini cəlb edib. Beynəlxalq təşkilatlar tərəfindən müxtəlif illərdə qəbul edilən Konvensiya və onlara Əlavələrdə milli məsələ hər zaman öndə olmuş və üzv dövlətlərə onların tətbiqi ilə bağlı tövsiyələr təqdim olunmuşdur. Azərbaycan da dünyanın bir parçası olduğundan bu prosesdən kənarda qalmamışdır.

Ötən illərdə Azərbaycan multikulturalizminin öyrənilməsi ilə bağlı təşşəbüslər olsa da  sistemli şəkildə bu fenomenin öyrənliməsi hələ bir neçə il  əvvəldən tədqiqatçı jurnalist Niyaz Niftiyev tərəfindən başlanmış və uğurla başa çatdırılmışdır. Odur ki  bu yazıda milli məsələlər üzrə ixtisaslaşan uzun  illərdir mətbuatda oxucuları bu sahədə maarifləndirən Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm”  kitabından bəhs edəcəyəm.

Ədalət naminə qeyd edim ki, tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı kitabı Azərbaycanın etnosiyasi mənzərəsini qanunvericilik təminatlarını geniş şəkildə tədqiq edən bitkin bir əsərdir.

Monoqrafiya müstəqil Azərbaycanın multikulturalizm siyasətinin bütün sahələrini özündə ehtiva edir. Biz bu kitabın 12 bölümünün hər birində birgəyaşayışın Azərbaycan modelinin çox məharətlə qələm alındığını müşahidə edirik.

Elə məhz bu məntiqdən çıxış edərək, kitabın "Milli azlıqların xarakteristikası və multikultralizm", "Azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi", "Azərbaycanda milli azlıqlar", "Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması", "Azərbaycanda birgəyaşayış naminə  həyata keçirilən milli siyasət" sərlövhəli yazılarında  müəllif  konkret faktlar və arqumentlərə istinad etməklə ilk növbədə tədqiqat predmeti ilə bağlı ayrı-ayrı anlayışların mahiyyətini açmış, bu məsələlərlə bağlı təkcə yerli və xarici tədqiqatçıların elmi yanaşmalarını təhlil etməmiş, həm də problemə münasibətdə öz subyektiv baxışını da ortaya qoya bilmişdir.

Görünür ki, araşdırmanın əsas məqsədi milli azlıqların tədqiq edilməyən, yaxud da araşdrımaya az cəlb olunan tərəflərinin öyrənilməsi və daha dolğun şəkildə geniş oxucu kütləsinə catdırılması olmuşdur.

Təqdim olunan araşdrımada “milli azlıq” anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilmiş, həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilmiş, bu sahədə Azərbaycan da həyata keçirilən dövlət siyasəti diqqətə çatdırılmışdır.

Əsərdə ilk növbədə Azərbaycanda yaşayan əksər azsaylı xalqlar haqqında dəyərli məlumatlar var. Niyaz Niftiyev tarixçi kimi ölkəmizdə  məskunlaşmış  avarlar, axaxlar, Axsıxa türkləri, almanlar, buduqlar, gürcülər, xınalıqlar, inqiloylar, kürdlər, qrızlar, ləzgilər, malakanlar, ruslar, rutullar, saxurlar, talışlar, tatarlar, tatlar, udilər, yəhudilər haqqında ümumiləşdirilmiş məlumatlar verməklə, həmin xalqların Azərbaycanda  məskunlaşmasının  mənşəyi,  Azərbaycan xalqı ilə birgəyaşayışı haqqında kifayət qədər zəngin məlumatlar vermişdir.

Müəllif əsəri Azərbaycanın etnosiyasi palitrasını məharətlə canlandırmaqla bərabər, elmi informasiya baxımından da zənginləşdirir. O cümlədən müəllif uzun illər bu əsər üzərində işlədiyindən çoxsaylı mənbələrə istinad etmişdir.

Əsərdə Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısını alınması bölməsində  separatçılıq fəaliyyəti ilə bağlı istintaq materiallarından istifadə etməklə həmin bölməni daha da zənginləşdirmişdir. Separatşılıq fəaliyyətinin milli birlik üçün nə dərəcədə dağıdıcı bir xəstəlik olduğunu vurğulayan müəllif o virusun daşıyıcılarını ifşa etməyi bacarmışdır.

Bütün bunlarla yanaşı, Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” əsərində iki fəsil diqqətimi xüsusi ilə cəlb etdi .

1. Beynəlxalq Konvensiyalar və onların milli qanunvericlikdə təsbit olunması. 

2. Milli Azlaqıların dini etiqad azadlığının təmin edilməsi. 

Yuxardıda qeyd olunan birinci fəsildə multikulturalizm Beynəlxalq Konvensiyalarda təsbit olunması Konvensiyaların ayrı-ayrı müddəalarında əks olunmuş  milli azlıqların mədəni müxtəlifliyini din, dil və digər atributlarının qorunması ilə bağlı sitatlar bu sahədə vacib bir mənbə rolunu oyanayır.

Müəllif dünyanın böyük  bir coğrafiyasını öz yuridiksiyası altına alan BMT-nin qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki Siyasi Hüquqlar Haqqında Pakt, Millli Azlıqların Çərçivə Konvensiyası və digər vacib beynəlxalq sənədlərə istinadən azsaylı xalqların milli özünü ifadə formalarının qorunmasında   beynəlxalq hüququn prinsiplərini önə çəkmişdir.

Yuxarıda qeyd edilən ikinici bölmədə isə  milli azlaqıların dini etiqad azadlığının təmin olunmasında milli qanunvercilikdən və həmin qanunverciliyin pozulmasına dair cəza sanksiyalarını nəzərdə tutan normalar geniş şərh edilmişdir.

Müəllif milli birlik və birgəyaşayış nümunələrini önə çəkərək milli azlıq nümayəndəsi olan milli qəhrəmanların Azərbaycanın milli azadlığı uğrunda canlarından keçmələrini önə çəkərək dövlətçiliyimizin qorunmasının həyati əhəmiyyətini aşılamağa çalışmışdır. 

Ümumiyyətlə əsər Azərbaycanın etnosiyasi mənzərəsi ilə yanaşı, ölkəmizdə birgəyaşayış modelinin öyrənilməsi baxımından ciddi mənbədir.  

Strategiya.az


Müəllifin digər yazıları

  1. Kərəm özünü necə "yandırdı?!..."
  2. Hacı Zakir Bayramov -70
  3. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  4. RAMİN QASIMOVU TANIYAQ
  5. Dostların ərk yeri Rasim Mirzəyev!
  6. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  7. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  8. Multikulturalizmin etnosiyasi çalarları
  9. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  10. Vəkil Akif Əlizadə haqqında...
  11. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  12. ƏRK QALASI !
  13. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  14. Ömür dedikləri bir karvan yolu...!
  15. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  16. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  17. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  18. Zeynəb ...duyğu və harmoniya!
  19. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  20. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6759 san