01:31 23 İyul 2016
3015 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

 

İşgal statistikası

 

23 iyul 1993-cü il - Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində 1094 km² sahəsi, 165 600 nəfər əhalisi, 1 şəhər və 123 kənddən ibarət olan Ağdam rayonu işğal edildi.

Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 90 083 nəfər əhali (41 200 yerli, 50 883 nəfər məcburi köçkün) məskunlaşmışdır. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Hazırdavəhalisinin sayı 194 800 nəfərdir (onlardan 153 634 nəfəri məcburi köçkündür). Ağdam rayonunun 846, 7 km², yəni, ümumi ərazinin 77, 4 %-i işğal altındadır.

 

Cografi movqeyi

 

Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları ilə, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu ilə, qərbdə isə, Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

 

Tarixi

 

XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir.

 

Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) 2. Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam Xankəndi yolunun sağ tərəfində) 3. Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)

4. Vəlixantəpə yaşayış yeri – eneolit dövrü (Ağdam- Ağcabədi şosesinin 1,5 km-də) 5. Kurqan – tunc dövrü (Novruzlu kəndi) 6. İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) 7. Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) 8. Yaşayış yeri – antik dövrü (Qərvənd kəndi) 9. Şomullutəpə yaşayış yeri - eneolit dövrü (Mirəşrəfli kəndindən 1 km şimal-şərqdə) 10. Bənövşələr təpəsi yaşayış yeri - eneolit dövrü (Mirəşəlli Armudlu kəndlərinin arasında) 11. Kültəpə yaşayış yeri - eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal-şərqdə) 12. Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) 13. Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal-qərbində) 14. Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında) 15. İsmayılbəy təpəsi yaşayış yeri - eneolit dövrü (Armudlu kəndi) 16. Kəbləhüseyn yaşayış yeri - eneolit dövrü (Kəbləhüseyn kəndi) 17. Namazəli təpəsi yaşayış yeri - eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) 18. Kurqan çölü – e.ə. II-I minilliklər (Boyəhmədli kəndi) 19. Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) 20. Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) 21. Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) 22. Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) 23. Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) 24. Güllütəpə - I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) 25. Güllütəpə - II yaşayış yeri- son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub- şərqində) 26. Misir qışlağı yaşayış yeri - son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) 27. Kurqanlar - son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) 28. Qala qalıqları- orta əsrlər (Tarnaut kəndi) 29. Nekropol - orta əsrlər (Kəngərli kəndi) 30. Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) 31. Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) 32. Çaqqalı təpənin yaşayış yeri- eneolit dövrü ((Quzanlı kəndindən şimal-şərqdə) 33. Əjdahatəpə yaşayış yeri - eneolit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) 34. Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) 35. Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) 36. Nekropol – antik dövrü (Seyidli kəndi)

37. Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi) 38. Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) 39. Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) 40. Göytəpə kurqanları - tunc dövrü (Göytəpə kəndinin qərbində) 41. Şümürlütəpə kurqanı- tunc dövrü ( Əfətli kəndi) 42. Balatəpə kurqanı - tunc dövrü ( Əfətli kəndi) 43. Yaşayış yeri – antik dövrü ( Sarıhacılı kəndi) 44. Çinartəpə yaşayış yeri- e.ə.II-I minilliklər ( Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə) 45. Sarıhacılı yaşayış yeri və nekropol – eneolit, tunc dövrü ( Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə) 46. Sarıhacılı tayı yaşayış yeri- tunc dövrü ( Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə) 47. Ağtəpə yaşayış yeri- tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə) 48. Çəmənli təpə kurqanı - eneolit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə) 49. Seyid Mustafa yaşayış yeri – eneolit ( Bala Baharlı kəndindən 2 km. qərbdə) 50. Yaşayış yeri – e.ə.V-I minilliklər ( Baharlı kəndi) 51. Yaşayış yeri – antik dövrü ( Əhmədavar kəndi) 52. Qəhrəmanbəyli kurqanı – tunc dövrü (Qəhrəmanbəyli kəndi) 53. I və II Qoşatəpə yaşayış yeri - eneolit dövrü ( Əhmədağalı kəndi) 54. Əhmədoğlu yaşayış yeri - eneolit (Əhmədağalı kəndi) 55. Məscidtəpə yaşayış yeri – eneolit (Əhmədağalı kəndi) 56. Əzginlitəpə yaşayış yeri – eneolit (Əhmədağalı kəndi) 57. Vəlibəy təpələrii ( 4 ədəd ) – eneolit , tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə) 58. Yaşayış yeri - antik dövr ( Poladlı kəndi) 59. Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi) 60. Çinartəpə yaşayış yeri – tunc dövrü ( Şelli kəndi ) 61. Yaşayış yeri – e.ə. V-I minilliklər ( Evoğlu kəndi ) 62. Qaradağlı kurqanları – tunc dövrü ( Qaradağlı kəndinin qərbində ) 63. Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində) 64. Xırmantəpə kurqanı – ilk tunc dövrü ( Çuxurməhlə kəndi) 65. Hüseyntəpə kurqanları – ilk tunc dövrü ( Çuxurməhlə kəndinin qərbində) 66. Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi) 67. Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü ( Şıxbabalı kəndinin cənubunda) 68. Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində) 69. Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə) 70. Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında) 71. Karvansaray təpə və Çaparyeri yaşayış yeri – ilkin orta əsrlər (Güllücə kəndinin cənub-qərbində) 72. Yüzbaşlı təpəsi yaşayış yeri – eneolit (Yuxarı Yüzbaşlı kəndi) 73. Ağabəy təpəsi yaşayış yeri – eneolit (yuxarı Yüzbaşlı kəndinin şımalında) 74. Abdüləzim təpəsi yaşayış yeri – eneolit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)

75. Şükürbəyli təpəsi yaşayış yeri – eneolit ( Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə) 76. Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində) 77. Bəşirtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndi) 78. Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi) 79. Kərimtəpə yaşayış yeri – eneolit (Üçoğlan kəndinin şımal-şərqində) 80. Qəbristan təpəsi – tunc dövrü (Üçoğlan kəndi) 81. I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi) 82. Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü ( Üçoğlan kəndi) 83. Güllütəpə yaşayış yeri - eneolit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə) 84. Kazımtəpə yaşayış yeri – eneolit (Alıbəyli kəndinin qərbində) 85. Sayadtəpə kurqanı – tunc dövrü ( Səfərli kəndinin qərbində) 86. Səfərli təpələri yaşayış yeri – eneolit (Səfərlı kəndi) 87. Leyla təpəsi II yaşayış yeri - eneolit (Eyvazlı kəndi) 88. Nəsirbəy təpəsi yaşayış yeri – eneolit ( Eyvazlı kəndindən cənub-qərbdə) 89. Kərimtəpə yaşayış yeri – eneolit ( Eyvazlı kəndinin şərqində) 90. Əhəd təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndinin şərqində) 91. Düyü təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə) 92. Nazdıxan təpəsi yaşayış yeri – eneolit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə) 93. Çullutəpə kurqanı - tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında) 94. Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə) 95. Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində) 96. Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri, 20 yanvar küçəsi) 97. Pənah xanın türbəsi – XIX əsr (Ağdam şəhəri) 98. Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri) 99. Türbə - XIX əsr (Ağdam şəhəri) 100. Sərdabə – XV əsr (Ağdam şəhəri, 20 yanvar küçəsi) 101. Körpü – XIV (Madaqiz kəndi) 102. Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri) 103. Məscid – 1868-ci il (Ağdam şəhəri) 104. Məbəd – VI-VIII əsrlər ( Şahbulaq kəndi ) 105. Məbəd – VI əsr (Kəngərli kəndi) 106. Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında) 107. Türbə - XVIII əsr (Papravənd kəndi) 108. Məscid - XVIII əsr (Papravənd kəndi) 109. İqamətgah – XVIII əsr (Şahbulaq kəndi) 110. Karvansaray – XVIII əsr (Şahbulaq kəndi) 111. Bürc – XVIII əsr (Şahbulaq kəndi) 112. Məbəd – XV əsr (Maqsudlu) 113. Türbə - XVIII əsr (Maqsudlu kəndi) 114. Məscid – XVIII əsr (Qiyaslı kəndi) 115. Məbəd – XVI əsr ( Salahlı Kəngərli kəndi) 116. Məscid – XIX əsr (Boyəhmədli kəndi)

117. Türbə - XIV əsr (Kəngərli kəndi) 118. Türbə - XIX əsr (Ağdam şəhəri) 119. Uğurlu bəyin türbəsi - XIX əsr (Ağdam şəhəri) 120. Türbə - XIX əsr (Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbristanlığında) 121. Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri, Sofulu kəndi) 122. Qəbrisstanlıq – orta əsrlər (Papravənd kəndi) 123. Qədim qəbristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi) 124. Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi ) 125. Qulu Musa oğlu türbəsi – 1314 –cü il (Türbətli kəndi) 126. Üzərliktəpə yaşayış yeri - tunc dövrü (Ağdam şəhəri) 127. Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)

 

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin 2000 eksponatı ermənilər tərəfindən qarət edilmişdir. Postsovet məkanında yeganə olan Ağdam Çörək Muzeyi büsbütün dağıdılmışdır. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Hazırda Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, həmin dövrdə mənəvi-psixoloji zərbələrdən əlavə Azərbaycan iqtisadiyyatına təxminən 320 milyard ABŞ dollarından çox ziyan dəymişdir.


Müəllifin digər yazıları

  1. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  2. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  3. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  4. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  5. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  6. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  7. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  8. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  9. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  10. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  11. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  12. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  13. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  14. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  15. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  16. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  17. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  18. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  19. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  20. BMT necə və nə üçun yaradıldı?
  21. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  22. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  23. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  24. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  25. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  26. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  27. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  28. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  29. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  30. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  31. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  32. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  33. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  34. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  35. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  36. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  37. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  38. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  39. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  40. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  41. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  42. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  43. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  44. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-01-2017
18-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.315 san