23:28 12 Avqust 2016
2254 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

 

Avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya, prezidentlərinin üçtərəfli görüşü tarixi hadisə olmaqla yanaşı, eləcə də siyasi-iqtisadi və regional təhlükəsizlik baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə reallaşan üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi kimi qiymətləndirmək olar.

Azərbaycan, İran, Rusiya, prezidentlərinin üçtərəfli görüşündə ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi aparılan danışıqların əsas müzakirə mövzularından biri olmuşdur. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilmişdir.

Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm gesiyasi mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən olkəmiz əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. Proqnozlara görə tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, 2000-ci il sentyabrın 12-13-də Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda nəqliyyat məsələlərinə dair II Beynəlxalq Avrasiya Konfransı keçirilmiş və burada 37 ölkədən 500-dən artıq nümayəndə iştirak etmişdir. Bu konfransda Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək və Rusiya, Hindistan və İran tərəfindən irəli sürülən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair sənəd imzalanmışdır. 2005-ci il sentyabrın 20-də Azərbaycan da öz geosiyasi və geoiqtisadi maraqlarından çıxış edərək bu layihəyə qoşulmağa məmnu-niyyətlə razılıq vermişdir. 2016-cı il aprelıin 20-də isə Azərbaycanla İran sərhəddində, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, dəmir yolu korpüsünün tikintisinə start verilmişdir. Bəhs olunan nəqliyyat-kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək, Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas limanına çatdırılmasını, buradan da dəmiryolu vasitəsi ilə Azər-

baycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.

Bakıda keçirilən Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli görüşündə Azərbaycan Prezidenti İlham Əliyev yaşadığımız regionu çox mürəkkəb, risklərlə, təhdidlərlə dolu bölgə kimi xarakterizə edərək bu üçtərəfli əməkdaşlığın bölgədə sabitləşdirici amil oldugunu demişdir: "Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir...Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik".

Əməkdaşlığın bir sıra məqamlarını ozündə ehtiva edən və Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşdən sonra imzaladıqları Bəyannamədə bir sıra mühüm amillər öz əksini tapmışdır.

Prezidentlərin qəbul etdikləri Bəyannamədə ilk növbədə gostərilir ki, “regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın saxlanılmasında marağı nəzərə alaraq, bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dvlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində qətiyyətli olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqliklərini təsdiqləyərək, regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq hər üç ölkə bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.

Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması regional təhlükəsizliyi təhdid altında qoyur. Bu qaynar regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi

yaranır. Bu baxımdan, qəbul edilən Bəyannamədə bu məsələlərin, xüsusilə terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətli mövqenin öz əksini tapması regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırış da təqdirəlayiqdir.

Bununla yanaşı, sənəddə deyilir: “Tərəflər terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd edirlər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, “Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayırlar”.

Eyni zamanda, Bəyannamədə regiondakı münaqişələrin həlli ilə baglı maddə də öz əksini tapmışdır: “Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar”.

Bundan əlavə, Xəzər dənizinin statusu məsələsi xüsusi qeyd edilən sənəddə hər üç ölkə Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini bildirmişlər. Bu maddə Azərbaycanın, Rusiyanın və İranın Xəzərin statusunun tezliklə müəyyənləşdirilməsində daha çox maraqlı olduqlarını göstərməklə yanaşı, tərəflərin regional təhlükəsizliyin təmin olunması üçün bu faktorun ciddi rol oynadığının qəbul edilməsinin nümunəsidir. Regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirilməsi vurgulanan Bəyannamədə tərəflər ekoloji təhlükəsiz və

iqtisadi faydalı nəqliyyat infrastrukturlarının yaradılmasına yönəlmiş regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə səyləri dəstəkləyəcəklərini bildirmişlər.

Xüsusilə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlərin görüləcəyi, eləcə də beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəkləri sənəddə öz əksini tapmışdır. Bununla əlaqədar, beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin daha da möhkəmləndiriləcəyi də sənəddə vurgulanır.

Beləliklə, yeni – Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlər açılır.

İmzalanmış birgə Bəyannaməni çox ciddi siyasi sənəd adlandıran Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığını bölgədə sabitləşdirici amil kimi qiymətləndirmişdir: “Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir”.


Müəllifin digər yazıları

  1. Qaradağlı soyqırımı - Xocalı soyqlrımının başlanğıcı idi
  2. Biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabaga, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!
  3. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  4. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  5. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  6. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  7. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  8. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  9. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  10. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  11. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  12. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  13. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  14. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  15. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  16. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  17. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  18. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  19. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  20. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  21. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  22. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  23. BMT necə və nə üçun yaradıldı?
  24. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  25. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  26. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  27. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  28. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  29. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  30. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  31. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  32. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  33. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  34. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  35. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  36. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  37. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  38. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  39. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  40. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  41. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  42. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  43. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  44. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  45. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  46. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  47. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Burdan mələk ötüb ...
11:50 27.03/2017
 
Xəbər başlıqları
31-03-2017
30-03-2017
30.03.2017 Yevlaxda qətl
30.03.2017 Neft bahalaşıb
30.03.2017 Qubada yanğın
29-03-2017
29.03.2017 Ronaldo TOP-10-da

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2689 san