09:31 08 Noyabr 2016
5478 dəfə oxunub
Çap versiyası

Nə qədər sevgilər yaşadım bilməm

Utandım gözümün yaşını siləm.

Anılmaz, çözülməz məchul bir diləm –

Danışın, oxuyun, öyrənin məni.

 

Beləcə yarpaqtək düşdü illərim,

Əridi günlərim, soldu güllərim.

Bitəcək nə vaxtsa uzaq səfərim –

Axtarın, arayın, gözləyin məni.

 

Hərdən xəyal oldum, hərdən də gerçək

Əkdiyim ağaclar yəqin bitəcək

İzimi, tozumu illər siləcək –

Arxamca danışın, izləyin məni.

 

Nə qədər yazdımsa sözüm bitmədi

Çox şeyi itirdim, ümid itmədi

Bağışla allahım, ömür yetmədi –

Qoruyun, saxlayın, gizləyin məni.

 

Deməyin yazdığım şikayət oldu

Varlığım dostlara sədaqət oldu

Canımda, qanımda məhəbbət oldu –

Aparım özümlə, yükləyin məni.

 

Gedirəm bəlkə də zirvəyə doğru

Həyatım nə yalan, nə də ki doğru

Sonunda bilinməz cavabsız sorğu –

Gözləyə bilərsiz? Gözləyin məni!


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
14-08-2018
13-08-2018
13.08.2018 Çində zəlzələ

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6301 san