14:56 25 Noyabr 2016
2688 dəfə oxunub
Çap versiyası

 

-          Ay məllim, salam-məleykim.

-          Salam, qonşu, salam.

-          Necəsən, ay məllim?

-          Yaxşıyam sağ olun. Siz necəsiniz?

-          Biz... Belə də, məllim. Hərdən yaxşı oluruq, hərdən pis oluruq, məllim. Vaxtına baxır da.

-          Yaxşı olasınız. Salamat qalın.

-          Məllim, tələsirsən sən?

-          Bəli, qonşu, işə getməliyəm. Nəsə sözünüz vardı?

-          Sözüm var, hə, məllim. Çox tələsirsən sən?

-          Tələsirəm. Amma... Sözünüzü deyin. Bir-iki dəqiqəm var hələ.

-          Beş dəqiqən var? Əladu ki, məllim.

-          Bəli, eşidirəm.

-          Məllim, səni də yoldan eliyirəm, gərək bağışlayasan.

-          Allah bağışlasın. Buyurun, eşidirəm.

-          Məllim,  vallah sən belə “stroqi” danışırsan, mən elə bil diksinirəm...

-          Niyə?

-          Deyirəm ki, sən belə “stroqi-stroqi” baxırsan adama, elə soruşursan ki, vallah mən özünü itirirəm az qala.

-          Allah eləməsin. Qonşu, sözünüzü deyin.

-          Hə?  Deyim də. Məllim, sən savadlı adamsan da, elədi? İnstitut qurtarmısan...

-          Ali təhsilliyəm. Sözünüzü deyin.

-          Sözümü?

-          Dedim axı tələsirəm. İşə getməliyəm.

-          Hə?

-          Hə! Avtobusa yubana bilərəm.

-          Hə, doğrudan ha, avtobusa. Məllim, bəs maşın almadun sən?

-          Maşın almadım.

-          Almadun?

-          Ala bilmədim. Almaq istəmədim.

-          Niyə? Niyə o birisilər aldı, sən almadun, hə? Bağışla e, səhər tezdən yoldan eləmişəm səni...

-          Hə, doğrudan da mən yubandım artıq...

-          Yubandun? Get, get, məllim. Becid-becid getsən çatarsan avtobusa...

-          Yox, gecdir. Getdi avtobus.

-          Hə? Nə pis oldu, məllim?

-          Eyb etməz. İndi ki, gecikmişəm, qoy indi bir-iki dənə mən sual verim.

-          Mənə?

-          Bəli, sənə!

-          Ver sualıvu məllim.

-          Bax, sən səhər tezdən o zəhrimardan vurub niyə dayanmısan burda?

-          Məllim, dedim axı sən elə “stroqi” baxanda mən elə bil səksənirəm.

-          Və sən, hə, sən bilirsən ki, yoldaşın səhər tezdən birinci avtobusla gedib işə?

-          Pakizə?  Hə, gedib. Noolsun, məllim? İşə getmək olmaz bəyəm?

-          Və sən bilirsən ki, o mərkəzdəki yeməkxanada xadimə işləyir?

-          Bilirəm! İşləyir?!

-          Bəs sən niyə burda avaralanırsan səhər tezdən?  Özü də bu vid-fasonda.

-          Nə olub mənim vid-fasonuma, məllim?

-          Güzgüyə baxsan bilərsən.

-          Baxaram... “Vapşe” mən tələsirəm məllim. 

-          Hara tələsirsən?

-          Hara? İşim var.

-          İşin var?

-          Hə, var! Ola bilməz mənim işim, məllim?

-          Ola bilər, niyə olmur?

-          “Fisyo” da məllim.

-          O ki, qaldı dəqiqəbaşı “məllim, məlllim” deməyinə... Sən də müəllim işləyirdin axı qabaqlar? İçməyə başlayana qədər.  Heç olmasa o yadındadı?

-          Dedim axı məllim, “stroqi-stroqi” baxma da mənə.


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6353 san