11:52 02 Dekabr 2016
2895 dəfə oxunub
Çap versiyası

 

- Dayoğlu, gördün də?

- Gördüm,  qağa, gördüm.

- Gördün də necə yola saldım hərifi?

- Gördüm, gördüm. Əla elədin, çox belə, nə təhər deyim e, yaxşı dedin ona.

- Hə, özümün də xoşum gəldi.

- O dedin e... Nə təhər dedin?

- Nəyi?

- Neçə ildən bəri burdan durmağımızı dedin e. Sarı “Jiquli” məsələsi...

- Ha-ha. Elə döyül məyər?

- Vallah elədi.

- A kişi, sən Allah, biz bu şəhərə gələndən olardı iki həftə sonra aldı da dədəm o sarı “Jiquli”ni.

- Hə, elə olardı.

- Ucuz almışdı ha, özü də . Mən də, onda pravam-zadım da yox idi ha, “sırazu” gəldib durdum da burda.

- Hə, hə, elə oldu.

- Odu, budu,  durmuşuq dedim bayaqkına burda.

- Hə, vallah elədi. O vaxtdan burdayıq da biz.

- Sonra sən gəldin, bir də mamaoğlumuz...  Düzdü?

- Düzdü.

- Vəssalam da.  İndi biz bu yeri verməliyik başqasına ki,  gəl sən də çörək qazan?

- Hərifik biz?  

- Üstəlik, onun maşını da elə bil təzəydi...

- Heç sağlığına qismət olmasın, dördgözüydü də...

- Hə? Amma elə bil lap təzə idi...

- Darıxma, o tərəfə keçəndə onu da soruşdum...

- Maşının ilini?

- Hə... Maşının ili də təzədi.

- Nəynən alıb görəsən bu o maşını?

- Ə, mən nə bilim? Əsas odu ki, yola saldım getdi.

- Allah canına sağlıq versin. Allah səni bizim başımızın üstündən əskik eləməsin.

- Hə, özü də dedim ki, bu tərəflərə baxan polis də guya bizim yerlidi.

- Doğrudan?

- Hə, elə dedim.

- Nədi bu postovoy gəlir ha, bizim rayondandı o da?

- Vay dədə vay. Ə, sən nə vaxt ağıllanacaqsan?

 - Nə təhər?

- A kişi, özüm dedim o bayaq gələnə ki, bəs buralara baxan polis də bizim yerlidi. Bildin?

- Hə, başa düşdüm.

- Dedim ki, qurdalamasın. Gedib şikayət-zad eləyər ki,  bəs mən də gəlib taksavatlq eləmək istədim, məni qoymadılar, filan elədilər.

- Düz demisən.

- Hə, bax belə...

- Mənə bax, raz ki, sən bizi bu bəladan da qurtardın ha...

- Bəla deyəndə ki, hə də. Onun maşını təzə, özü də gördün də, üzünü qirxıb, təmiz köynək-filan da geyinib. Kliyent köpəyoğlu da onun maşının qoyub bizim bu cəhrəyə minəsi deyildi ki?

- Hə,mən də elə onu deyirəm də.

- Hə...

- Onu deyirdim axı, qağa, sən ki, bizi bu bəladan qurtardın ha, bu günkü əbed mənliydi.

- Hə?

- Hə!

- Denən sən öl?!

- Sən öl!

- Malades! Kişi adamsan vallah.

- Özü də, qağa, bir dənə o balaca qırmızıpapaqdan da alacağam.

- Hə?

- Yuyaq da. Bəs yola salmısan bayaq o “Mersedes”də gələni...

- Özü də qorxutdum e onu bir partiya...

- Hə?

- Bəs necə?  Dedim ki, səni göstərib,  hə,  dedim bax o arıq var ha, yaman yazandı, özü də müharibə əlilidi...

- Mən?

- Hə, də. Sən guya əlilsən.

- Qağa, mənim kağızım fiktivnidi də, sən bilirsən...

- A kişi, uşaq olma, əsas odu ki, kağızın var!

- Var, kağızım, cibimdədi.

- Vəssalam da. Bura bizlikdi, fikir eləmə. Sən öl, bir köpəyoğluna qoymayacağam gəlib biz duran yerdə taksavatlıq eləsin.

- Sağ ol, qağa.

- Mənə bax, bir azdan əbedə gedəcəyik, mən istəyirəm indidən bir zər atım?

- Zər atasan?

- Hə, də... Həmişə eləmirəm?

- Eləyirsən, qağa, eləyirsən.

- Hə, amma sənə deyim bu zərlərin də zibili çıxıb.

- Doğrudan?

- Hə, deyir zərləri bir nəfər gətirir ancaq. Başqa heç kimə qoymur ki, o da zər gətirsin. Camaat da zər atsın, başı qarışsın.

- Elə şey olmaz.

- Nə təhər yəni olmaz? Bir adam gətirir zərləri.  O gün bir kliyent oturmuşdu, hə, açkili bir kişi idi, arıq.

- Hə, yadıma düşdü. O çaşıb sənə onluq verən.

- Hə, zalım oğlu, beşlik əvəzinə çaşdı, onluq verdi, sonra da düşdü getdi. Ha-ha.

- O dedi ki, zərləri bir adam gətirir?

- Hə, dedi ki, zərləri bir adam gətirir. Başqa heç kimə də qoymur zər gətirsin. Bir cür ad da dedi...

- Mo- no- po- li- ya?

-Hə, hə. Elə dedi. Özü də dedi ki, pis şeydi o, nə təhər dedin? Mono-poliya?

- Hə, hə. Əlbəttə, pis şeydi.

- Nə deyirsən, zər atım bir az, gedək əbedə?

- Gedək, qağa, gedək. Onsuz da kliyent-zad yoxdu.

      


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6155 san