11:06 07 Yanvar 2017
2251 dəfə oxunub
Çap versiyası
...

"Ədliyyə naziri və ya onun müavinindən Nurayla bağlı məsələnin araşdırılmasını xahiş edəcəyəm. Çünki məhkəmə icraçılarının bu cür hərəkətləri düzgün deyil”.

 

Bunu 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov dünəndən etibarən sosial şəbəkələrdə 10 yaşlı Nuraya qarşı məhkəmə icraçılarının zor tətbiq etdiyi videoya münasibət bildirərkən deyib.

 

"Məsələni bilən kimi Quba Rayon İcra Hakimiyyətinin başçısı, rayon məhkəməsinin sədri ilə danışdım. Hazırda da Ədliyyə naziri və ya müavinini axtarıram. Onlarla danışmaq istəyirəm. Məhkəmənin qərarının düz olub-olmaması başqa məsələdir. Amma məhkəmə icraçılarının orda etdiyi hərəkət düzgün deyil. Onların uşağa və qadına qarşı olan münasibəti, atasının orda atdığı addımlara mən heç cür haqq qazandıra bilmərəm. Zorla uşağı aparıb vermək düzgün deyil. Yenə deyirəm ki, məhkəmənin qərarını müzakirə etmək istəmirəm. Çünki bu məhkəmənin hüququdur. Mən Quba Məhkəməsinin sədri ilə də danışdım. O deyir ki, bu qərar qəbul olunanda bir neçə dəfə hər iki tərəfi çağırıb barışmağı təklif edib. Amma bununla razılaşmayıblar. Hətta Apellyasiya sonra da Ali Məhkəmədə qərarı təsdiq ediblər. Görünür burda bizim bilmədiyimiz nələrsə var. İş icraçılarının oradakı hərəkətləri azərbaycançılığa, bizim ideyalarımıza sığışan hərəkət deyil. Mən faktiki olaraq bu hərəkətlərə pis baxıram. Bu cür hərəkətləri də heç cür qəbul etmək fikrim yoxdur”, - deyə millət vəkili qeyd edib.

Bakı Post



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2017
22.09.2017 Sabahın havası
21-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2724 san