10:41 10 Yanvar 2017
453 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə 12 ölkəyə 16 səfər edib.

Strategiya.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, dövlət başçısı ötən il 9 beynəlxalq toplantıda iştirak edib.

Prezident İlham Əliyev ötən il Davos Ümumdünya İqtisadi Forumunda, “Suriyaya və regiona dəstək” konfransında, Münxen Təhlükəsizlik Konfransında, IV Nüvə Təhlükəsizliyi Sammitində, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə, Dünya Humanitar Sammitində, NATO-nun Varşava Sammitində, MDB Dövlət Başçıları Şurasının iclasında, Dünya Enerji Konqresində iştirak edib və bu beynəlxalq tədbirlərin keçirildiyi müddətdə bir çox dövlət başçıları, hökumət nümayəndələri, tanınmış şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Prezident ötən il Türkiyə Respublikasına 4 dəfə səfər edib. Bu səfərlərin üçündə dövlət başçısı beynəlxalq tədbirlərə - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9 oktyabr) iştirak edib.

İlk səfər mart ayının 15-də gerçəkləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdən sonra Ankarada dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Bu səfərlər çərçivəsində dövlət başçısı 7 görüş keçirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:53 26.02/2017
 
Xəbər başlıqları
27-02-2017
26-02-2017
25-02-2017
25.02.2017 Neft ucuzlaşıb
24-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2468 san