17:43 11 Yanvar 2017
878 dəfə oxunub
Çap versiyası
...

Tədqiqatlar göstərib ki, qadınların 70-85 faizi uşağı sol tərəfdə tutur. Lakin tədqiqatçılar bunun səbəbini indiyədək bilməyiblər. Sankt-Peterburq Dövlət Universitetinin mütəxəssisləri aşkar ediblər ki, bu, ana ilə uşaq arasında qarşılıqlı əlaqəyə müsbət təsir göstərir. Habelə heyvanların çoxu bu cür edir.

Alimlər 10 heyvan növü, o cümlədən morj və kenquru üzərində müşahidə aparıblar. Məlum olub ki, onların hamısı balasının sol tərəfdə olmasına üstünlük verir. Tədqiqatçıların fikrincə, bu cür vəziyyət körpənin davranışı və reaksiyası, məsələn, gülüşü və göz yaşı haqqında informasiyanın beynin emosiyanı idarə edən sağ yarımkürəsinə ötürülməsinə kömək edir. Bunun nəticəsində ana ilə uşaq arasında sıx əlaqə yaranır.

Beynin sağ yarımkürəsi bədənin sol tərəfindəki əzələlərə nəzarət edir və əksinə. Məlum olduğu kimi, yarımkürələr müxtəlif fəaliyyət növlərini idarə edir. Məsələn, sol yarımkürə, bir qayda olaraq, nitq, eşidilən informasiyanın emalı, sağ yarımkürə isə tanıma, məkanda istiqamət götürmə, musiqi duyumu və vizual informasiyanın işlənməsi ilə sıx əlaqədardır. Buna görə də uşağa qulluq edilməsi prosesində sağ yarımkürə daha vacib rol oynayır. /azertac/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Məhərrəm ayı başladı
08:46 22.09/2017
Ən ölümcül 4 virus
17:17 21.09/2017
 
Xəbər başlıqları
22-09-2017
22.09.2017 Sabahın havası
21-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.287 san