15:50 11 Yanvar 2017
840 dəfə oxunub
Çap versiyası
...

Gürcüstan Hökuməti “Qazprom”un Ermənistana satdığı təbii qazın ölkə ərazisindən nəqlinə görə nağd pul ödəmək barədə təklifini qəbul edib.

Bu barədə razılıq Hökumətin yanvarın 11-də keçirilən iclasında əldə olunub.

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə bildirib ki, hazırkı vəziyyətdə “Qazprom eksport”un təklif etdiyi variant Gürcüstan üçün ən əlverişlisidir.

Nazir bildirib ki, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq. Onun sözlərinə görə, əvvəlki müqavilədə olan müddəaların çoxu qüvvədə qalacaq. Yalnız qazın nəqlinə görə ödəmələrlə bağlı maddələr dəyişdirilir.

K.Kaladze qazın nəqlinə görə “Qazprom”un ödəyəcəyi məbləği açıqlamasa da rəqəmin qənaətbəxş olduğunu bildirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-08-2017
21-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2479 san