22:53 13 Yanvar 2017
2190 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

“Eurasia News” xəbər saytında “Qarabağ: Ermənistan Azərbaycan əsgərinin qaçırılmasından siyasi təzyiq vasitəsi kimi istifadə edir” adlı məqalə verilib.

Məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozmaqla bərabər, həm də müharibə cinayəti törədib. Belə ki, Ermənistan əsgərləri dekabrın 29-da Azərbaycana qarşı uğursuz hərbi əməliyyat həyata keçiriblər. Onlar Azərbaycan silahlı qüvvələrinin Çingiz Qurbanov adlı öldürülmüş hərbi qulluqçusunun cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar. Ermənistan tərəfi əvvəlcə cəsədi özündə saxladığını təkzib edib, amma sonradan sosial şəbəkələrdə yayılan şəkillər bunun əksini sübut edib.

Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 30-da bununla bağlı yaydığı bəyanatda Ermənistanın etik-mənəvi prinsipləri pozduğunu bildirib. Ermənistanın öldürülmüş hərbi qulluqçunun geri qaytarılması məsələsini siyasi möhtəkirlik obyektinə çevirməklə beynəlxalq humanitar hüququ pozduğu vurğulanıb.

Məqalədə bildirilir ki, oxşar hadisələr 2016-cı ilin aprel hadisələri zamanı və Azərbaycan əsgəri Mübariz İbrahimovun öldürülməsindən sonra da baş verib.

Yazıda Türkiyənin hərbi eksperti Yusuf Akbabanın sözügedən insidentə və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri yer alıb. O deyib ki, əsgərlərin təhqir olunması münaqişənin yeni eskalasiya mərhələsinə qədəm qoyması deməkdir. Ermənistan işğalçı siyasətini sonadək davam etdirə bilməz. Bu ölkə enerji gəlirləri ilə iqtisadi cəhətdən güclənən Azərbaycana məğlub olacaq.

Məqalədə, həmçinin bildirilir ki, yaşanan gərginliklərə baxmayaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişə Qərb mətbuatının diqqət mərkəzində deyil.

Yazıda münaqişəyə dair qısa arayış verilir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5777 san