22:17 26 Yanvar 2017
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə qəbul etdiyi “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” qətnaməsinin müəllifi, Ukrayna nümayəndə heyətinin rəhbəri, AŞPA-nın elm, mədəniyyət, təhsil və media komitəsinin sədri Vladimir Aryev özünün “facebook” səhifəsində Ermənistan nümayəndə heyətinin onu həmin qətnamənin 9-cu bəndində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, Bako Saakyanın quldur dəstəsinin separatçı rejim, Dağlıq Qarabağ ərazisinin isə qeyri-şəffaf, hərc-mərclik zonası olması barədə ifadələrdən imtina etməsi üçün konyakla “ələ almaq” cəhdlərini ifşa edib. (bax: http://azertag.az/ru/xeber/1029671)

AZƏRTAC ukraynalı siyasətçinin “facebook” səhifəsində şərhlərindən sitat dərc edib: “Dünən Ermənistandan olan deputatlar əllərində bir şüşə konyak tutaraq bütün şəhər boyu arxamca qaçırdılar ki, mən Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmək fikrindən dönüm. Elə həmin gün onlar Assambleyada “məni hörmətdən salan materiallar” yaydılar ki, guya Aryevin nənəsi azərbaycanlıdır”.

Adama deyərlər, bu cür rüsvayçılıqdan sonra yerə gir və sus. Amma yox, rüşvətin baş tutmamasına bəraət qazandırmağa cəhd göstərmək mütləq lazımdır. Elə AŞPA-da erməni nümayəndə heyətinin təmsilçisi, Ermənistanın Respublika Partiyasından deputat Samvel Farmanyan, “lragir.am” nəşrinin yazdığı kimi, “dezinformasiyanı təkzib etməyə” cəhd göstərib. Biz də gözdə-qulaqda olduq, düşündük ki, Farmanyan bütün şəhər boyu Aryevin arxasınca konyakla deyil, gül dəstəsi ilə qaçması, yaxud tamam əks istiqamətlərdə getmələri barədə video ortaya qoyacaq.

Lakin “dezinformasiyanın təkzibi” həddindən artıq “ermənisayağı” oldu. Farmanyan deyib ki, konyak şəhərdə Aryevin “dalınca düşməyib”, lakin... şam yeməyində stolun üstündə olub (gör onlar özləri ilə nə qədər konyak gətiriblər ki, həm stola qoyulsun, həm də bu konyaklarla şəhər boyu deputatların dalınca qaçsınlar!). Farmanyan daha sonra Aryevi şam yeməyində içilmiş konyakı həzm etməməsinə görə (qonaq etmədə tipik erməni səmimiliyi) “ermənisayağı” hədələyib, üstəlik onu narkotrafikdə ittiham edib.

“Düşünürəm ki, şam yeməyini yaddaqalan etmək üçün Polşa aeroportunun təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırmaq lazımdır. Onlar ukraynalı deputatın cibində narkotik olması şübhəsi ilə saxlanması kimi komik hadisəni danışacaqlar”, - deyən Farmanyan düşünməyib ki, bunlar doğru olsaydı, Aryev AŞPA-da deyil, türmədə oturardı.

Erməni məntiqinə görə, əgər stolda konyak varsa, bu nə rüşvət, nə də “konyak diplomatiyasıdır”. Lakin elə həmin stolun üstündə qara kürü bankası varsa, bu rüşvət və müvafiq diplomatiyadır.

Bəli, ermənilərin “damage control”la işləri yaxşı deyil.

Sonuncu da, necə deyərlər, desert üçün. Farmanyan bildirib ki, şam yeməyində Vladimir Aryev və azərbaycanlı həmkar Vüsal Hüseynov sabahkı məruzə haqqında danışıblar və “konstruktivlik” göstəriblər. Farmanyanın “konstruktivlik” (məlum olduğu kimi, bu, ermənilərdə spesifikdir) deyəndə nəyi nəzərdə tutduğunu izah etmək bizim üçün çətindir. Lakin növbəti gün məruzəçi dünənki “razılaşmaya” əməl etməkdən boyun qaçıranda məlum olub ki, nəinki konyak əbəs yerə içilib, qəbul edilmiş qətnamə ilə də Arye, görünür,... Vüsal Hüseynovu “çətin vəziyyətdə” qoyub.

Heç düşünməzdik ki, qətnamə azərbaycanlı deputatların əhvali-ruhiyyəsini “korlayıb”. Belə “badalaqlardan” çox olsun.

Vüqar Seyidov


Müəllifin digər yazıları

  1. Almaniyada “reyxsbürger”lərin sayı artır
  2. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  3. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  4. Səmimi, amma nəticəsiz olmuş görüş
  5. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  6. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  7. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  8. Deyəsən Avropa dağılır
  9. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  10. Almaniyada erməni fırıldaqları
  11. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  12. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  13. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  14. AFR Prezidenti Moskvaya səfər edəcək
  15. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  16. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  17. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  18. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  19. Dünya güclü kiberhücuma məruz qalıb
  20. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  21. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  22. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  23. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  24. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  25. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  26. Almaniyada prezidenti necə seçirlər?
  27. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  28. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  29. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  30. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  31. Potensial terrorçular güclü müşahidə altındadırlar
  32. Berlindəki hadisə terror aktıdırmı?
  33. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  34. Drezden sarayında ən məxfi illik forum keçirilir
  35. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  36. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8486 san