YAZ
10:35 08 Fevral 2017
3005 dəfə oxunub
Çap versiyası

 

Bu eşqin başına tac qoyan mənəm,

Sevgi atəşiylə dağlanıb sinəm.

Cəngi havasına əlimdə qələm

Çırpınıb, çırpınıb səngiyər bir az –

Yaz, mənim ömrümə xatirələr yaz!

Bu qədər sərt olma, daş-qaya olma,

Ürəyə yaxın ol, sığın soluma.

Bir az mehriban ol, girib qoluma

Gedişin donduran, üşüdən ayaz –

Yaz, mənim ömrümə xatirələr yaz!

Mən daşa, divara yazdım adını,

Arzu məkanımın xoşbəxt qadını.

Sən heç bildinmi həsrət dadını –

Şirinmi, acımı, nədir bu məcaz??

Yaz, mənim ömrümə xatirələr yaz!

İncidib, incidib ağlatma məni,

Çiçəklər bəzəyər çölü, çəməni...

Sən könül bağımın al yasəməni

Gözəl gözəl olur eyləyəndə naz –

Yaz, mənim ömrümə xatirələr yaz!

Mən nələr çəkdiyim bilməz çoxusu,

Ətrin çiçək ətri, bir gül qoxusu.

Ey mənim ömrümün şirin yuxusu

Laylaya bənzəyən səsin xoş avaz –

Yaz, mənim ömrümə xatirələr yaz!

Ənvərin könlünə bil, xal salmısan!

Tanrının verdiyi canı almısan.

Ey mələk, söylə harda qalmısan??

Qocaldım mən daha, saçlarım bəyaz –

Yaz, mənim ömrümə xatirələr yaz!


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7263 san