13:00 05 Aprel 2017
2431 dəfə oxunub
Çap versiyası
...

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev yanıb.

Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvar da yararsız hala düşüb.

Solmaz Süleymanova – Mərhumun xalası: “Rayonda idim. Oğlum gəldi ki, dədənin evi yanır. Gəlib gördüm ki, ev yanıb. Dedilər ki, Anar yanıb, aparıblar xəstəxanaya”.

Qənirə Əliyeva – Qonşu: “Biz də oturub çay, çörək yeyib, axırda demişəm ki, yatmaq vaxtıdır qalx get. Pis uşaq deyildi. Hamının köməyinə çatan idi. Ana, bacı, qardaş yox idi, tək idi. Onun yandırdığı şam idi və siqaret çəkirdi. Yəqin ki, şam əriyib”.

Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. 33 yaşlı Anar Cəfərovun yanmış meyidi içəridə aşkarlanıb.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:56 20.09/2018
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6923 san