13:59 05 Aprel 2017
781 dəfə oxunub
Çap versiyası
...

Avstraliya polisi BMT-nin narkotik vasitələr siyahısına saldığı psixostimulyator – kristal metamfetaminin ölkə tarixində ən iri partiyasını müsadirə edib. Avstraliyada metamfetamin cəmiyyət üçün ən təhlükəli narkotik vasitə sayılır.

Strategiya.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Avstraliya federal polisinin məlumatına əsasən 903 kiloqram həcmində olan kristallik metamfetamin Melburna gətirilən konteynerdə gizlədilib. Müsadirə olunan yük qara bazarda 900 milyon Avstraliya dolları (680 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.

Melburnun iki sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb. Polis sintetik narkotikin Asiya ölkələrinin birində istehsal olunduğunu bildirib.

Avstraliyanın Baş naziri Malkolm Ternbull gömrükçüləri və polisləri şəxsən tərifləyib.

“Medical Journal of Australia” jurnalında dərc olunan təhqiqatın nəticələrinə əsasən, 2010-2015-ci illərdə ölkədə metamfetamindən istifadə edən narkomanların sayı üç dəfə artaraq 270 min nəfərə yaxınlaşıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3724 san