20:26 05 Aprel 2017
1013 dəfə oxunub
Çap versiyası
...

Avropa parlamenti Strasburqda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına dair danışıqlarda öz mövqeyini ortaya qoyan qətnamə qəbul edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, həmin sənəd bu prosesə mərhələli yanaşmanı ehtiva edir. Bu, o deməkdir ki, ticarət və digər münasibətlərin müzakirəsinə keçməzdən öncə, tərəflər “Brexit” prosesinin şərtlərini, o cümlədən maliyyə məsələlərini razılaşdırmalıdır.

“Müzakirələr və hesablamalar zamanı ortaya çıxacaq bütün öhdəliklər, borclar və əlavə şərtlər ilkin mərhələdə həll olunmalıdır, - deyə Avropa Parlamentinin danışıqlardakı nümayəndəsi Gi Verxovstadt bildirib. – Biz prinsipləri razılaşdırsaq, sonrası asan olacaq və biz bu prinsiplərdən istifadə edərək nəticədə yekun rəqəmi hesablayarıq. Məhz bu səbəbdən qətnamədə rəqəmlər deyil, maliyyə həllinə nail olmaq barədə dəqiq prinsiplər yer alıb”.

Bəzi deputatlar deyiblər ki, əvvəlcədən razılaşdırılmış sazişlərə əsasən Böyük Britaniya Avropa İttifaqına 60 milyard avro ödəməlidir.

Bu rəqəmin əsassız olduğunu və Lissabon sazişində belə ödəmənin nəzərdə tutulmadığını bildirən Britaniyanın Avropa İttifaqındakı deputatı, Birləşmiş Krallığın Azadlıq Partiyasının keçmiş lideri Naycel Faraj artıq 50-ci maddəni həyata keçirməyə başladıqlarını və iki ildən sonra heç bir borc ödəmədən Aİ-nin tərkibindən çıxacaqlarını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə saziş Avropa parlamenti tərəfindən də təsdiqlənməlidir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9303 san