22:12 05 Aprel 2017
577 dəfə oxunub
Çap versiyası
...

 

4 yaşlı uşağın burnunu it dişləyərək qoparıb. Hadisə bir müddət əvvəl Şəmkirdə, Səməd Vurğun kəndində baş verib. 4 yaşlı Səma həyətdə oynayarkən saxladıqları it onun burnunu dişləyərək bir hissəsini qoparıb.

Atası Elməddin Sarıyev deyir ki, qızını daha sonra Bakıya gətirib, ona məsləhət görülən həkimin yanına aparıb. Həkim uşağın burnunu bərpa edə biləcəyini söyləyib.

Əməliyyatı estetik və plastik cərrah Mircəfər Seyid həyata keçirib. Həkim bildirir ki, qızcığaz xəstəxanaya daxil olanda burnunun sol yarısının aşağı hissəsini it tamamilə qoparmışdı və burun sümüyü açıqda qalmişdı.

Həkim deyir ki, rekonstruktiv və mikro cərrahiyyə plastik cərrahiyyənin ən mürəkkəb hissəsidir. Bununla da, Azərbaycanda 11 saatlıq nadir estetik əməliyyat həyata keçirilib və burunun itirilmiş hissəsi bərpa edilib.

Həkimi deyir ki, Səmanin burnu 1 il ərzində tamamilə əvvəlki görünüşünə qayıdacaq. (“Xəzər TV”)


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Azadlığa can vermişik...
09:22 22.01/2018
 
Xəbər başlıqları
23-01-2018
22-01-2018
22.01.2018 Bakıda faciə
22.01.2018 Neft bahalaşıb
21-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.424 san