18:41 27 Aprel 2017
Çap versiyası
Vüqar Rəhimzadə
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

“Bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri, eyni zamanda strateji tərəfdaşlıq əlaqələri regionda sülh və təhlükəsizliyin təminatına mühüm töhfədir. Ölkələrimizin birgə səyi nəticəsində həyata keçirilən qlobal enerji layihələri Avropanın enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Bunun müqabilində bəzi Avropa dairələrinin, xüsusilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqe başadüşülən deyil. Bu mənada hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tamamilə qərəzlidir.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, hər zaman demokratiyadan, insan hüquqlarından dəm vuran Avropa artıq öz “ənənələrinə” sahib çıxa bilmir: “Qoca qitə”nin miqrantlarla bağlı həyata keçirdiyi siyasət bunun bariz nümunəsidir. Digər vacib bir məqam isə Avropanın İslam ölkələrinə qarşı nümayiş etdirdiyi haqsızlıqdır. Hesab edirəm ki, AŞPA-nın qardaş ölkə ilə bağlı qərarı qurumda islamofobiyanın daha da güclənməsinin, müsəlman ölkələrinə qarşı ikili standartların davam etməsinin təzahürüdür. Təbii ki, AŞPA-nın həyata keçirdiyi “monitorinqlər”in əsas məqsədi müstəqil siyasət yürüdən ölkələrə müxtəlif yollarla təzyiq etmək, onları asılı vəziyyətə salmaqdır.”

V.Rəhimzadə AŞPA-Azərbaycan əlaqələrinə də toxunub, bu beynəlxalq təşkilatın ölkəmizə qarşı sərgilədiyi ədalətsiz məqamları diqqətə çatdırıb: “Məlum olduğu kimi, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Ötən 16 il ərzində ölkəmiz qurum qarşısında üzərinə götürdüyü öhdəliklərə layiqincə əməl edib, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi sahəsində mühüm islahatlar aparılıb. Əvəzində nə baş verib? Mütəmadi olaraq haqsızlıq və ədalətsizliklə üzləşən Azərbaycan daim təzyiq cəhdlərinə məruz qalıb. Avropa təsisatları, o cümlədən AŞPA ölkəmizdə keçirilən siyasi kampaniyaları qaralamağa, Azərbaycanın dünyada yüksələn imicini ləkələməyə çalışıb. Ən əsası qondarma “siyasi məhbus” oyunu, bədnam Kristofer Ştrasserin “monitorinqi” və s. məqamlar AŞPA-nın ölkəmizə qarşı həyata keçirdiyi ikili standartların bir hissəsidir.”

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Avropanın Azərbaycana qarşı ədalətsizliyinin ən böyük nümunəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Ölkəmiz uzun illərdir ki, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. Torpaqlarımız işğal edilib, 1 milyondan artıq vətəndaşımızın təməl hüquq və azadlıqları pozulub. Ancaq “demokratiya çarçısı” olan Avropa hələ də bu məsələdə ədalətli mövqe nümayiş etdirməyib. İşğalçıya heç bir təzyiq edilməyib. 25 ilə yaxındır ki, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüblər. Avropa dairələri isə ötən 25 ildə münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirməməklə dolayısı ilə işğalçıya dəstək veriblər.”

“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, Azərbaycan heç vaxt özünə və qardaş Türkiyəyə qarşı olan ədalətsizliyi qəbul edə bilməz: “Dünyada ikili standartların hökm sürməsinə, İslam ölkələrinə qarşı ədalətsizlik nümayiş etdirilməsinə baxmayaraq, biz hər zaman öz haqlı mövqeyimizi müdafiə edirik. Hesab edirəm ki, bu cür monitorinqlər ilk növbədə elə Avropanın özünə tətbiq edilməli, “Qoca qitə”nin İslam dünyasına, tərəfdaş ölkələrə baxışı kökündən dəyişməlidir. Çünki “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir.”


Müəllifin digər yazıları

  1. Azərbaycan mətbuatında varislik prinsipi cümhuriyyət dövrünün mediasının milli təfəkkürün inkişafındakı rolu kontekstində
  2. Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
  3. Forum sivilizasiyalararası dialoqa mühüm töhfələr verəcək
  4. Azərbaycanın KİV və İKT sahəsindəki uğurları ABŞ-da nəşr olunan beynəlxalq jurnalda
  5. Xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır
  6. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir
  7. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir
  8. Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
  9. Sosial transformasiya prosesində KİV-in funksiyaları
  10. YENİ ƏSRİN LİDERİ
  11. Əbədiyaşar lider
  12. KİV-İn İNFORMASİYA CƏMİYYƏTİNDƏ YERİ VƏ ROLU
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7886 san