13:09 14 İyun 2017
979 dəfə oxunub
Çap versiyası
...

 

Çətindir yaşadığın cəmiyyətdə qadın olmaq. Əslində, haqsızlıqları, ədalətsizlikləri, zorakılıqları, zorlanmış insan talelərini görmək və bu qismətə heç nə edə bilməmək bir insan üçün çox çətindir.

Qadınların yaşadıqlarının səbəbkarı kimdir? Yalnız kişilərmi? Atalar, qardaşlar, ərlərmi? Nəyə görəsə, adətən, günahı əks cinsin vicdanına yüklədikdə özümüzü rahatlamış hiss edirik. Bəlkə də günahın böyük bir qismi elə biz qadınlardadır.

Kişiləri dunyaya gətirən, tərbiyəsinə və həyatı öyrənməsinə çalışan biz deyilikmi? Biz deyilikmi oğul dunyaya gələn kimi başımızı dik tutan, ona böyüyəndə «Hansı qızı istəsən, seç, alaq» deyən, qarşı tərəfin fikir haqqını belə düşünmədən seçimi ona verən, oğlumuz kövrələndə «qız kimi ağladığı» üçün göz yaşlarını alçaldan? Qız kimi gəzmə, qız kimi oynama, qız kimi gülmə… Bununla da oğul övladımızın gözündə qadını ikinci növ yerinə qoyur, eqosunu zirvələrə yüksəldirik.

Əsl səbəb cahillikdir. Bir milləti yox etməyin yolu qadınları savadsız etməkdən keçir. Cahil qadının böyütdüyü, tərbiyə etdiyi adamdan niyə inciyirik ki?!

Cahil dedikdə məktəb, universitet bitirməyən qadınları nəzərdə tutmuram. Təbii ki, diplom adlandırılan nəsnə yalnız bir parça kağız olmadıqda faydalıdır, mütləq və vacibdir. Lakin o da özünü yetişdirmək, püxtələşmək və kamilləşmək üçün yetərsizdir.

Biz-qadınlar, analar gələcəyimizin, ən əsası övladlarımızın gələcəyinin keçmizimizdən, bugünümüzdən fərqli olmasını istəyiriksə gücümüzü,zehnimizi, ilk öncə mənliyimizi, özümüzü yetişdirməliyik.

 

Ülkər Cavidqızı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Hacı Zakir Bayramov -70
12:22 22.10/2017
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.266 san