10:16 18 İyun 2017
420 dəfə oxunub
Çap versiyası
...

Seyid vəsiqəsinin ardınca "Mir Mövsüm ağa fəxri mükafatı" laureatı təsis olunub.

 Bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, "Rəhimli və Mərhəmətli Allahın adı ilə" başlayan diplomun üzərində şəxsin, "Mir Mövsüm ağa fəxri mükafatı" laureatıçısı olduğu qırmızı hərflərlə yazılıb.

 

Bir neçə gün əvvəl Elnur Tağıyevin, qazinin imzası ilə seyidlik vəsiqəsi alması barədə xəbərin ictimailəşməsi görünür şəkili yayanları təşvişə salıb. Çünki diplom sahibinin adı və soyadı xüsusi incəliklə gizlədilib.

 

Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir laureatdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.

 

İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir.

 

Laureat sözü olduğuna görə görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur.

 


 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ucuzlaşdı - VİDEO
01:25 27.06/2017
 
Xəbər başlıqları
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb
25-06-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2231 san