10:30 18 İyun 2017
340 dəfə oxunub
Çap versiyası
...

Bu gün Fransada yerli vaxtla saat 8:00-da başlayan parlament seçkilərinə səsvermə axşam saat 18:00–da, böyük şəhərlərdə isə saat 20:00-da başa çatacaq.

Parlament seçkilərinin 2-ci turunda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək. Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.

İyunun 17-də saat fərqi nəzərə alınaraq Fransanın dənizaşırı departament və ərazilərində seçkilər başa çatıb. Ancaq seçkilərin ümumi nəticələri bu gün yerli vaxtla saat 20:00-da elan ediləcək.

Parlament seçkilərini 2-ci turu ərəfəsində “Le Point” üçün Odoxa Dentsu Consulting şirkətinin keçirdiyi rəy sorğularının nəticələrinə görə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 430-dan 460-dək yerə, Respublikaçılar 70-dən 95-dək, Sosialistlər 25-dən 35-dək, “Fəth edilməyən Fransa” hərəkatı 8-dən 17-dək, Milli Cəbhə partiyası 1-dən 6-dək yerə sahib olacağı gözlənilir.

“Les Echos” qəzeti və “Radio Classique” radiosu üçün Opinionway/Orpi şirkətinin apardığı rəy sorğularına görə isə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 440-dan 470-dək yerə, Respublikaçılar 70-dən 90-dək, Sosialistlər 20-dən 30-dək, “Fəth edilməyən Fransa” hərəkatı 5-dən 15-dək, Milli Cəbhə partiyası 1-dən 5-dək yerə sahib olacağı bildirilir.

Aparılan rəy sorğularının nəticələrinə görə seçicilərin 53 faizinin səsvermədə iştirak etməyəcəyi güman edilir.

Qeyd edək ki, parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib.

Şəhla Ağalarova


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.49 san