08:50 19 İyun 2017
631 dəfə oxunub
Çap versiyası
...

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin  püşkatması olacaq.

İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ardıcıl dördüncü dəfə ölkəmizi qitəinin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ” da bu gün rəqibini tanıyacaq. 

Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu səpələnmişlər sırasında yer alacaq. 
Qurban Qurbanovun komandası səpələnməmişlər sırasında yer alan 12 klub və ya yarışa  I təsnifat mərhələsindən başlayacaq 4 cütlükdən birinə rəqib olacaq. Ermənistan təmsilçisinin yer aldığı I mərhələnin cütü "Qarabağ"la qarşılaşa bilməz.

  
Çempionlar Liqası

I təsnifat mərhələsi
 
Səpələnmişlər 

TNS (Uels) – 5,775
“Linfild” (Şimali İrlandiya) – 3,650
“Vikinqur” (Farer adaları) – 2,950
“Hibernians” (Malta) – 2,800
“Santa-Koloma” (Andorra) – 2,733
 
Səpələnməmişlər

“Alaskert” (Ermənistan) – 2,525
“La Fiorita” (San-Marino) – 1,566
“Europa” (Cəbəllütariq) – 1,500
“İnfonet” (Estoniya) – 1,300
“Trepça” (Kosova) – 1,000
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər 

“Seltik” (Şotlandiya) – 42,785
“Zalsburq” (Avstriya) – 40,570
“Kopenhagen” (Danimarka) – 37,800
“Lüdoqorets” (Bolqarıstan) – 34,175
BATE (Belarus) – 29,475
“Legiya” (Polşa) – 28,450
APOEL (Kipr) – 26,210
“Maribor” (Sloveniya) - 21,125
“Qarabağ” (Azərbaycan) – 18,050
“Malmö” (İsveç) – 16,945
“Astana” (Qazaxıstan) – 16,800
“Partizan” (Serbiya) – 16,075
“Riyeka” (Xorvatiya) – 15,550
“Rusenborq” (Norveç) – 12,665
“Şerif” (Moldova) – 11,150
“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
“Hafnarfyordur” (İslandiya) – 6,175
 
Səpələnməmişlər

“Jilina” (Slovakiya) – 5,850
“Jalgiris” (Litva) – 5,825
“Dandalk” (İrlandiya) – 5,815
“Vardar” (Makedoniya) – 5,125
“Dudelanj” (Lüksemburq) – 4,975
“Kukesi” (Albaniya) – 4,550
“Zrinski” (Bosniya və Herseqovina) – 4,050
“Buduçnost” (Monteneqro) – 3,300
“Honved” (Macarıstan) – 2,900
“Mariehamn” (Finlandiya) – 2,030
“Spartak” (Latviya) – 1,975
“Samtredia” (Gürcüstan) – 1,525
I təsnifat mərhələsinin 5 qalibi
 
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 11-12, cavab matları isə 18-19 iyul tarixlərində keçiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018
23.05.2018 DİN və din

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7197 san