10:50 19 İyun 2017
1659 dəfə oxunub
Çap versiyası
...

Ramazan ayının sonuna az vaxt qalıb. Ramazan ayına xas ibadətlərdən biri də islam dinində vacib sayılan fitrə sədəqəsidir. Ramazan Bayramı namazına qədər verilməli olan fitrə kasıbların bayram gününü hamı kimi keçirməsinə xidmət edir.

Fitrə məhz özünün və ailəsinin xərclərini təmin edə bilməyən və bunu edəcək kimsəsi olmayan şəxslərə çatdırılmalıdır. Fitrəni verən zənginlər, alan isə kasıblardır.

Fitrə Peyğəmbərimizin dövründə, əsasən, buğda, arpa, quru üzüm və xurmadan verilirdi. Tarixən bu şəkildə verilən fitrə sədəqəsi müasir dövrdə pulla əvəzlənə  bilər. Bu pulun miqdarı isə bir insanı bir gün ərzində doyuracaq qədər olmalıdır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq müəyyən olunmuş miqdarda fitrə çıxarmalıdır.

İlahiyyatçıların sözlərinə görə, fitrə mütləq Bayram namazından əvvəl verilməlidir. Məqsəd isə odur ki, fitrəni alan şəxslərin də evlərində bayram süfrəsi açılsın. İlahiyyatçılar bildirirlər ki, borc alıb fitrə zəkatı vermək düzgün deyil. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bu, vicdansızlıqdır
10:04 24.05/2018
 
Xəbər başlıqları
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018
23.05.2018 DİN və din

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0953 san