13:43 19 İyun 2017
504 dəfə oxunub
Çap versiyası
...

Naxçıvan Muxtar Respublikasının gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən  verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran ilə sərhədində yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.

Türkiyə vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi “Volvo” markalı, 07 MCK 92 dövlət nömrə nişanlı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı zamanı qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yeri müəyyən olunub.

Daha sonra gömrükçülər 34 JA 7009 nömrə nişanlı həmin qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirərkən 180 bükümdə qablaşdırılaraq gizlədilmiş, ümumi çəkisi 93 kq olan narkotik vasitə - heroin aşkar ediblər.

Narkotik yüklü nəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedəcəyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Xətaidə yanğın olub
19:54 23.10/2017
Ağcəbədidə yanğın
14:35 23.10/2017
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2382 san