14:10 19 İyun 2017
459 dəfə oxunub
Çap versiyası
...

 

Paytaxtda I sinfə qəbul üzrə müsabiqə mərhələsi davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ( BŞTİ) Strategiya.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqəsinin iyunun 20-dən başlayıb iyulun 10-da yekunlaşacağı nəzərdə tutulur.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilir. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib. Eyni zamanda, bu məlumat hər bir valideynin şəxsi kabinetində bildiriş şəklində yerləşdirilib. Valideynlər həmin bildirişi çap edərək, müsabiqə günü uşaqla (uşağın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmaqla) birlikdə müsabiqə keçirilən məktəbə yaxınlaşmalıdırlar.

Bu ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silib, müsabiqəyə yazılmalıdırlar. Həmin uşaqların ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqədə iştirak imkanı iyulun 1-dən 10-na kimi nəzərdə tutulub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2017
18-08-2017
18.08.2017 Sabahın havası
17-08-2017
17.08.2017 Qatil tutuldu
17.08.2017 Bakıda yanğın
16-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5011 san